Logo
news content
User
Kateqoriyalar

Analitika

Soyqırım Günü toy

Masallıda Cənub.az saytı martın 31-də, Azərbaycanlıların Soyqırımı Günündə Təklə Ərazi Vahidinə daxil Sığıncaq kəndində 15 yaşlı qıza toy edilməsi barədə məlumat yayıb. Məlumatda həm pandemiya dövrü, həm də Soyqırım günü olmasına baxmayaraq, toyun ərazi nümayəndəsi ilə “razılaşdırıldığı” iddia olunurdu. Xəbərə görə, günorta başlanacaq toyu musiqisiz və çəkilişsiz keçirmək nəzərdə tutulurdu.

Bu faktı aşkarlamış Cənub.az saytı yazırdı: “15 yaşlı qıza (deyilənə görə, o, 13 yaşında nişanlanıb), özü də yüzlərlə azərbaycanlının qətlə yetirildiyi gündə toy etmək sadəcə rüsvayçılıqdır. Yəqin ki, ərazi nümayəndəsi tariximizdən tam xəbərsizdir. On minə yaxın əhalisi olan bu ərazidə isə seçkilərdən bir ildən artıq vaxt keçsə də, bələdiyyə üzvləri bir yana, heç bələdiyyə sədrinin kim olduğunu bilən yoxdur”.

Məlumat yayıldıqdan sonra rayonun dövlət orqanları təcili tədbirlər görüblər. Masallı İcra hakimiyyəti başçısının 1-ci müavini Məmmədhüseyn Hüseynov  redaksiyaya xəbərin tam təsdiqləndiyi barədə məlumat verib. Toyun qarşısı alınıb, qızın və oğlanın valideynləri rayon polis şöbəsinə gətirilib. Təklə ərazi vahidinin icra nümayəndəsi Tural Bəşirov da İcra hakimiyyətinə çağırılıb, ondan izahat alınıb, bütün günahkarlar lazımi qaydada cəzalandırılacaqlar. 

Masallı Rayon İcra hakimiyyəti hadisəni operativ şəkildə işıqlandırdığına görə redaksiyaya təşəkkürünü bildirib. 

Press Klub