Logo
news content
User
Kateqoriyalar

Analitika

“Sabah kapitulyasiya aktı imzalamalı olacaqsan” – Lukaşenko Zelenskini hədələdi
Belarus lideri hələ də “qalib gələcəyik” düşüncəsi ilə yaşayır

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir. Bu gün Ukrayna və Rusiyanın razılığa gəlməsi və Zelenskinin Putinlə bu razılaşmanı imzalaması hələ də mümkündür”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində söyləyib.

Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman o kapitulyasiya aktına imza atmalı olacaq. Rusiya bu müharibədə uduzmayacaq. Biz buna 100 % əminik. Bir tərəfin qələbəsi ilə bitən müharibənin nə ilə nəticələndiyini Yaponiya hamıdan yaxşı bilir”, - dövlət başçısı bildirib.

Belarus lideri Ukraynanın ölkəsinə qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə cavab tədbirləri görəcəyini vurğulayıb: “Nəyi nəzərdə tuturam: fevralın 23-24-də onlar Belarus ərazisinə zərbə vurmağı planlaşdırırdılar. Bu barədə danışmışam. 4 istiqamətdən. Biz bunu qabaqladıq. Onlar bizim dövlət sərhədimizi uçuş aparatları, helikopter və s. vasitələrlə pozurlar”.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisindən Ukraynaya şimaldan hücum platforması kimi istifadə edir, oradan həm quru, həm hava qüvvələrini göndərir və raket atışları gerçəkləşdirir.

Eyni zamanda, Belarus müharibəyə hələ tam qoşulmayıb. Ölkə ərazisindən hücum üçün platforma kimi istifadə edilsə də, Belarus ordusunun müharibədə iştirakı qeydə alınmayıb. 

Ekspertlə bir tərəfdən bunu Belarus ordusunun çox zəif olması və Lukaşenkonun çoxsaylı itkilərdən qorxması ilə əlaqələndirirlər. Digər tərəfdən, bəzi mənbələr Belarus hərbçilərinin müharibədə iştirakdan qəti imtina etdiklərini bildirilər.