Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Regional qarışıqlıq ssenarisi
Sadə azərbaycanlının yaxşı yaşayıb-yaşamayacağı bu prosesdə bəlkə də onuncu məsələdir

Cənubi Qafqazın problemləri ilə maraqlanan hər kəs bilir ki, hazırda regionun iki paytaxtında - Tbilisi və İrəvanda çox həyəcanlı vəziyyət yaşanır. Çoxları belə düşünür ki, adları çəkilən paytaxtları ağuşuna alan mitinqlər kənardan idarə olunur – kiməsə bulanıq suda balıq tutmaq üçün bu ölkələrdə qeyri-sabitlik və qarışıqlıq lazımdır. Bu, bəlkə də belədir. 


Bu günlərdə Türkiyədən də önəmli xəbər gəldi - prezident Ərdoğan təcili olaraq Ədliyyə Nazirliyinin və kəşfiyyatın rəhbərlərini yanına çağıraraq, onlara ölkədə hazırlanan dövlət çevriliş planı ilə bağlı xəbər verib. Məlumatlar var ki, hər şey 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevriliş cəhdinin təkrarlanmasına doğru gedir.


Bir sözlə, Azərbaycana ən yaxın ölkələrdə vəziyyət çox qarışıqdır. Və bütün bunların fonunda təbii sual yaranır: kiminsə ölkəmizlə bağlı belə planları ola bilərmi? Bunlar hansı qüvvələr ola bilər? Onlar Azərbaycanın daxilində narazılığı, qarşıdurmanı qızışdırmaq üçün hansı vasitələrdən istifadə edə bilərlər? Burada hansı ehtimallar var və belə regional qeyri-sabitliyin yaradılmasının son məqsədi nə ola bilər?


Beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə fikirlərini Pressklub.az-la bölüşüb.


Vəlizadə düşünür ki, belə planlar həmişə var və onların həyata keçirilməsinin mümkünlüyünü heç kim inkar etmir. “Azərbaycan prezidenti dəfələrlə deyib ki, ölkə rəhbərliyinin dəyişdirilməsi planları var və inauqurasiya mərasimində də buna toxundu. Yəni, heç kim bu ehtimalın olması ilə bağlı vəziyyəti ört-basdır etməyə çalışmır. Qonşu ölkələrdə baş verən hadisələr də onu göstərir ki, həmişə xarici maraqlar var və olacaq. Söhbət ölkədəki siyasi sistemin, mühitin nə dərəcədə dayanıqlı olması, bu cür dəyişikliklərə nə dərəcədə müqavimət göstərə bilməsindədir.

lock icon

Yazını tam oxumaq üçün