Logo
news content
User
Kateqoriyalar

Analitika

Ramiz Mehdiyev istefa verdi
O, hələ bir neçə gün öncə səhhətinin yaxşı olduğunu və istefa vermək niyyətinin olmadığını bildirirdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Bu barədə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

AMEA Mətbuat xidmətinin məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 84 yaşlı R.Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA-nın prezidenti vəzifəsində idi.

Qeyd edək ki, artıq xeyli müddətdir Ramiz Mehdiyevə qarşı hücumlar təşkil olunur. Onun keçmiş silahdaşları və partiyadaşları AMEA prezidentinin istefasnı tələb edirdilər. Bir neçə gün öncə AME-nın mətbuat xidməti millət vəkilləri, partiya liderlərini hədəf alan açıqlama yayaraq, onları ittiham etmişdi. Ramiz Mehdiyev isə yaşına baxmayaraq səhhətinin qaydasında olduğunu bildirərək, istefaya getməyə hazırlaşmadığını demişdi.