Logo
news content
User
Kateqoriyalar

Analitika

“Olympus Airways yunan təyyarəsi İraq Kürdüstanından Ermənistana yola düşüb”

Bir neçə gün əvvəl Sputnik Hellas-da həmvətənlərini Qarabağ müharibəsində ermənilərə köməyə getməyə səsləyən keçmiş yunan zabiti barədə geniş məqalə dərc olunmuşdu. İndi də Reddit.com saytı  bu gecə Olympus Airways yunan şirkətinin təyyarəsinin İraq Kürdüstanından Ermənistana yola düşdüyünü aşkarlayıb.

Sputnik Hellas-a müsahibəsində artıq Kosovo və Əfqanıstanda vuruşmuş 39 yaşlı yunan zabiti niyə Qarabağa yollanmaq qərarına gəldiyini izah edirdi: “Qardaşlarımıza kömək etmək istəyirəm, çünki onlar xristiandırlar. Mən - yunanam”. Keçmiş zabit digər soydaşlarına da çağırış edirdi: “Gedək bizim qardaşlara, ermənilərə kömək edək”.

Reddit.com-un yeni məlumatına gəlincə isə, o, Yunanıstanın ermənilərə dəstək üçün Qarabağa terrorçular gətirməsinə dair mövcud şübhələri gücləndirir. Xəbərə kommentlərdə qeyd olunur ki, “hazırda Süleymaniyyədən Yerevana reyslər yoxdur, Olympus Airways isə yunan çarter şirkətidir, ACMI-lizinq, çarter və xüsusi reyslər təşkil edir”. Deməli, bu, xüsusi reysdir. Eyni zamanda iddia olunur ki, göstərilən kod – Boeing 757-223(PCF) – yük gəmisinə çevrilmiş sərnişin təyyarəsi kimi deşifrə edilir. Odur ki, bu, müəyyən hallarda sərnişinlər üçün də istifadə edilə biləcək yük təyyarəsidir.

Press Klub