Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Moskva Ermənistanı itirməkdən qorxmur?
Rusiya sonradan geri dönmək üçün geri çəkilir

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqına sədrlik etdiyi üçün Moskvada Paşinyanın sədrliyi ilə Avrasiya Ali İqtisadi Şurasının iclası keçirilib.


Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə də görüşü olub və bu, daha maraqlı faktdır. Xüsusən də, Ermənistan-Azərbaycan münasibətlərindəki son proseslər fonunda. Azərbaycandakı və xaricdəki ekspertlərin əhəmiyyətli hissəsi belə bir fikirdədir ki, Moskva Ermənistan-Azərbaycan sərhədinin bu yaxınlarda başlayan delimitasiyası və demarkasiyasının uğurlu olmasını istəmir. Çünki onun “parçala və hökm sür” prinsipinə əsaslanan öz maraqları var. 


Bu günlərdə Almatıda XİN rəhbərləri Bayramov və Mirzoyan arasında görüş olub və tərəflərin bu görüşdən ciddi gözləntiləri var. Hər iki dövlətin liderləri isə bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağına ümid etdiklərini açıq şəkildə bildiriblər. 


Bu arada, Ermənistanın özündə etiraz hərəkatı başlayıb. Etirazçılar Ermənistanın Tavuş rayonunun Azərbaycanın Tovuz və Qazax rayonları ilə sərhədində davam edən delimitasiya prosesinə qarşı çıxırlar. Ənənəvi Rusiyapərəst oriyentasiyaya sadiq olan din xadimləri bu məsələdə xüsusilə fəaldırlar.


Bundan əlavə, “Kremlin nəzarəti altında” Rusiyadan, xüsusilə Soçi və Moskvadan Ermənistana “yüzlərlə cinayətkar element” gəlib. Bu barədə erməni fəal və politoloq Hovsep Xurşudyan məlumat verib. O, ölkənin İctimai Televiziyasının efirində bəyan edib ki, kriminal elementlərin gəlişinin mə...

lock icon

Yazını tam oxumaq üçün