Logo
news content
User
Kateqoriyalar

Analitika

Masallıda koronavirusdan ilk ölüm baş verib

Bir neçə gün öncə koronavirus diaqnozu ilə xəstəxanaya aparılmış Masallı rayonunun Ərkivan qəsəbə sakini, 62 yaşlı Əzizağa Hüseynov iyunun 8-də vəfat edib. O, həm də şəkərli diabet xəstəsi idi.

“Cənub xəbərləri” onlayn-qəzetinin redaktoru Zahir Əmənovun verdiyi məlumata görə, qəsəbədə böyük hörmətə malik, xeyirxahlığı ilə seçilən Əzizağa Hüseynov Ərkivanda polislərin nəzarəti ilə dəfn edilib. Yas mərasimi keçirilməyib.

Bu, əhalisinin sayına görə ölkənin ən böyük rayonlarından olan Masallıda koronavirusdan ilk ölüm faktıdır.

Press Klub