Kremldə beşinci dövr: təhlükəli saray oyunları
Putinin əsas məqsədi Ukraynadır...
14 May 2024
Yerli teleqram kanallarının yazdığına görə, mayın 13-də Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsinin iclasında general barədə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verilib. “Kommersant” qəzeti bildirir ki, məhkəmə Kuznetsovu rüşvət aldığına görə istintaq təcridxanasına göndərib.
Kuznetsov 2023-cü ilin mayında Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, 2010-2023-cü illərdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Müdafiə Nazirliyinin tərkibindəki bu qurum dövlət sirrinin mühafizəsi, xüsusi rabitə, şifrələmə və hərbi senzura xidmətlərinə nəzarət edib. Teleqram kanallar iddia edirlər ki, generalın həbsi məhz onun fəaliyyətinin bu dövrü ilə bağlıdır.
Bu, ötən üç həftədə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində həyata keçirilmiş ikinci həbsdir. Aprelin 23-də Rusiya İstintaq Komitəsi nazir müavini, general Timur İvanovu rüşvət almaqda şübhəli bilərək həbs edib, məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O, nazirliyin bütün tikinti işlərinə, alqı-satqıya nəzarət edirdi.
Onunla birlikdə iş üzrə təqsirləndirilən digər şəxs - iş adamı Sergey Borodin iki ay müddətinə həbs edilib. Aprelin 25-də üçüncü təqsirləndirilən şəxs - “Oli...