Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Kreml Qarabağdan “əliboş” getmək istəmir…
Rusiya Azərbaycana qarşı absurd tələblər irəli sürür

Rusiya sülhməramlılarının Xocalıdakı bazasını təntənəli mərasimlə bağlanması, hərbçilərin Azərbaycanı tərk etməsi bir sualı gündəmdə saxlayıb: Kreml bunun əvəzində Azərbaycandan nə istəyib? 

Bu suala nə Bakıdan, nə də Moskvadan cavab verilməyib. Yalnız o məlumdur ki, Rusiya hərbçilərinin Azərbaycandan çıxarılması hər iki ölkənin ali rəhbərliyinin birgə qərarıdır. Səbəb də antiterror əməliyyatından sonra ermənilərin Qarabağdan kütləvi şəkildə köçməsi, nəticədə sülhməramlı fəaliyyətə ehtiyac olmaması ilə bağlıdır. 

Hazırda Xankəndidə 30 nəfərə qədər erməni qalıb, şəhərdə bərpa, inventarlaşma işləri aparılır, hələlik azərbaycanlı əhalinin qaytarılması prosesi də başlamayıb. İlkin olaraq hüquq mühafizə orqanlarında çalışanların ailələri məskunlaşdırılır, daha sonra – payızda Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə 5 minə yaxın tələbə Xankəndidə yerləşdiriləcək. Hökumət qurumları onların sosial ehtiyaclarının həll edilməsi istiqamətində fasiləsiz iş aparır. 

Qarabağdan getmiş ermənilərin geri qayıtması mümkün görünmür. Nə Ermənistan hökuməti, nə də onun Qərb müttəfiqləri bu barədə düşünmür, əksinə, İrəvana edilən yardımların əsas istiqamətlərindən biri Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiyası ilə bağlıdır. 

Beləliklə, proseslər öz axarı ilə gedir, amma birdən… Rusiyadan aydın səmada şimşək effektinə bənzəyən açıqlamalar səsləndi.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlər...

lock icon

Yazını tam oxumaq üçün