Helikopter qəzası İranı hansı istiqamətdə dəyişəcək?
Daxili və xarici siyasətdə böhran var, hakim rejim dilemma qarşısındadır
22 May 2024
Daha sonra İranda yeni siyasi dönəm başlayacaq. İran Konstitusiyasının 131-ci maddəsinə görə, prezident vəfat etdiyi halda onun səlahiyyətləri vitse-prezidentə keçir. Ölkədə 2021-ci ildən bu vəzifəni Məhəmməd Möxber tutur. 28 iyula təyin olunmuş seçkilərdən sonra yeni prezident səlahiyyətlərinin icrasına başlayacaq. Amma bu səlahiyyətlər elə də çox deyil. Ölkəni dini rəhbər, 85 yaşlı Ayətullah Əli Xamenei idarə edir, xarici siyasətdə, kadr məsələlərində, silahlı qüvvələrin, hüquq mühafizə orqanlarının idarə olunmasında söz sahibi odur. İranda prezident və parlament seçkilərin iştirak etməyə buraxılan şəxsləri də onun rəhbərlik etdiyi Şura diqqətlə seçir və cəmiyyətə təqdim edir.
2021-ci ildə prezident postuna sahiblənmiş mərhum İbrahim Rəisi şərti mühafizəkar qanadı təmsil edirdi. Onun şəriət qaydalarını repressiv üsullarla möhkəmləndirmək cəhdləri 2022-ci ilin payızında ölkədə yüzlərlə insanın ölümünə səbəb olan iğtişaşlara gətirib çıxarıb. Rəisinin prezidentlik dönəmi Qərb və İsraillə münasibətlərin daha da gərginləşməsinə səbəb olub, nəticədə sanksiyalar ağırlaşdırılıb, ölkədə iqtisadi böhran dərinləşib, milli valyuta dəyərini...