Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Evimizə soxulan “eybəcər qonaqlar”
Valideynlə övladı düşmən edən “fenomenlərin” öhdəsindən niyə gəlmirlər?

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda bəzi psixoloji testlər keçirilən zaman müsahibə “Sosial şəbəkəsiz bir gün yaşaya bilərsinizmi” sualının verilməsi də təsadüfi deyil. 

Paralel olaraq, sosial şəbəkələrin insanların tərbiyəsinə, şüuruna, psixologiyasına təsiri də kritik səviyyəyə çatıb. Vaxtilə “tərbiyə evdən gələr” deyirdiksə, indi gənclərimizin formalaşması, davranışı sosial şəbəkələrin təsiri üzərindən qurulmağa başlayıb. Və o da faktdır ki, sosial şəbəkələrin verdiyi “tərbiyə” heç də ürəkaçan deyil. 

Düzdür, bunu hamıya aid etmək olmaz. Sosial şəbəkələrdən yaxşı mənada faydalanan, bilgilənən, hətta biznes məqsədilə istifadə edənlər də çoxdur. Amma müəyyən bir kütlə var ki, özünün də xəbəri olmadan sosial şəbəkələrin neqativlik girdabına düşüb. Bu girdaba batdıqca psixoloji problemlər də artmağa başlayır.

Məsələnin digər tərəfi isə yersiz fanatizmdir. Hazırda sosial şəbəkələri ağuşuna alan bəzi “fenomenlər” insanların psixologiyasına təsir edir. Təəssüf ki, onların mənasız və bayağı hərəkətləri, bəzən də ikrah doğuran komiklikləri kütləyə xoş gəlir, onları izləməyə, hətta fanatiklik etməyə başlayırlar. Cəmiyyətə pis örnək olan bu “fenomenlər” zamanla mənəvi dəyərləri yox edir, ailə münaqişələrinə, eləcə də insanların psixologiyasına ciddi zərbə vururlar. 

Məsələnin ən pis tərəfi isə bu hallara uşaqlarda da rast gəlinməsidir. Və uşaqların fanatikliyi daha fantastik həddə olur. Hazırda sosial şəbəkələrdə övladlarından sui-istifadə edərək məşhurlaşan...

lock icon

Yazını tam oxumaq üçün