Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Ermənistanın İstiqlal Bəyannaməsi ləğv olunub?!
Konstitusiya Məhkəməsi Azərbaycanın etiraz etdiyi sənədi hüquqdan kənar saydı, amma...

Bu günlərdə Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarının mətni açıqlanıb. Əvvəlcə xatırladaq ki, avqustun 30-da Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosedurunu razılaşdırıb. Daha sonra iki ölkə arasında qəbul edilmiş Əsasnamənin Konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərara alınıb. 

İlk addımı Ermənistan hökuməti atıb, Konstitusiya Məhkəməsi göndərilən sorğuya cavabını sentyabrın sonunda ictimaiyyətə açıqlayıb. Yekun qərar təkcə delimitasiya prosesi ilə bağlı deyil, həm də ümumi məsələlərə aiddir. 

Xüsusilə Konstitusiyanın praembulasında yer alan İstiqlal Bəyannaməsinin hüquqi qüvvəsinin olub-olmadığına aydınlıq gətirilib. Sözügedən sənəddə Dağlıq Qarabağın Ermənistana aid olduğu qeyd olunub, Azərbaycan bu istinadı özünə qarşı ərazi iddiası hesab edir və iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Konstitusiya dəyişikliklərinin əsas şərt olduğunu bildirir.  

Ermənistan Konstitusiya Məhkəməsi şərhində bildirib ki, İstiqlal Bəyannaməsi ermənilərin SSRİ-dən ayrılaraq öz dövlətlərini əldə etmələrinə kömək edib, lakin Konstitusiyanın qəbulundan sonra əhəmiyyətini itirib. Hakimlərin qənaətinə görə, Bəyannamənin Konstitusiyada açıq şəkildə əks olunmayan müddəalarının hüquqi qüvvəsi yoxdur. 

Bəyannamədə və Konstitusiyada yer alan müstəqil, demokratik, sosial və hüquqi respublika quruculuğu haqqında tezislər qanuni sayılır. Amma bir çox məsələlər, o cümlədən “Qarabağa qovuşmaq” və Konst...

lock icon

Yazını tam oxumaq üçün