Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Erməni arzuları: Blinken Azərbaycana təzyiqə razılaşacaqmı?
Diaspor nümayəndəsi ABŞ dövlət katibinə müraciətində “Artsax prezidentlərini” azad etməyə çağırıb

Erməni Ümumi Xeyriyyə Birliyinin (AGBU) sədri Perç Sedrakyan ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edərək, “Azərbaycanda qanunsuz həbsdə olan erməni məhbusların və xüsusən də Artsax Respublikasının keçmiş rəhbərlərinin” azad edilməsinə nail olmağa çağırıb.

Təşkilatın rəhbəri AGBU-nun saytında dərc olunmuş məktubunda Antoni Blinkenə Azərbaycan Prezidenti İlham Əliyevi Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqları sahəsində beynəlxalq öhdəliklər və vəzifələrini yerinə yetirməyə və bütün “haqsız yerə həbs edilənləri” mümkün qədər tez azad etməyə çağırdığını xatırladıb.

Mən, sizin sözlərinizə diqqət yetirilmədiyi və bundan sonra da məhəl qoyulmayacağından narahat olduğumuzu deyəndə AGBU-nun bütün dünyadakı, xüsusilə də ABŞ-dakı çoxsaylı və müxtəlif üzvləri adından danışıram. 

Qeyd etmək vacibdir ki, biz erməni məhbusların, o cümlədən, Azərbaycan hərbçilərinin ötən ilin sentyabrındakı hücumundan sonra 120 mindən çox erməni ilə birlikdə qaçmağa cəhd edərkən saxlanılan Artsax (Dağlıq Qarabağ) hökumətinin səkkiz keçmiş üzvünün tezliklə azad ediləcəyi barədə heç bir xəbər eşitməmişik. Bir gündə respublikanın üç keçmiş prezidenti - Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, eləcə də digər keçmiş məmurlar - David Babayan, Levon Mnatsakanyan, David İşxanyan və David Manukyan həbs olundu. Bundan başqa, keçmiş dövlət naziri, AGBU-nun idarə heyətinin keçmiş üzvü, Ermənistan və beynəlxalq humanitar məqsədlər üçün çox işlər görmüş aparıcı xeyriyyəçi Ruben Vardanyan da həbs edilib”, – Perç Sedrakyan məktubunda yazır.

lock icon

Yazını tam oxumaq üçün