Dəhlizə kim nəzarət edəcək?
Ermənistan Zəngəzur dəhlizinə nəzarətin xaricilərə veriləcəyini təkzib etmir
06 Sentyabr 2024
“Ermənistan Respublikası suverenlik, milli yurisdiksiya, bərabərlik və qarşılıqlılığa hörmət prinsiplərini rəhbər götürərək, regionda kommunikasiyaların açılması prosesində konstruktiv şəkildə iştirak edir”, - deyə departamentdən Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq bildirilib.
Bakı və İrəvan bundan əvvəl açıq şəkildə bəyan etmişdilər ki, onlar Zəngəzurdan keçən kommunikasiyalara nəzarətin beynəlxalq özəl mühafizə şirkətinə verilməsi imkanını müzakirə ediblər.
Vaxtilə bu ideya Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tərəfindən kompromis variant kimi irəli sürülmüşdü. İdeya ondan ibarətdir idi ki, yola nəzarət beynəlxalq standartlar səviyyəsində həyata keçirilsin və hər iki tərəfə uyğun olsun.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, yola nəzarət Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməli idi. Lakin İrəvan sonradan bu sazişdən imtina edərək, Ermənistanın yola nəzarəti özündə saxlayacağını bildirmişdi. Bakı bu tələbi qəbuledilməz hesab etmişdi və məsələ bu günə qədər də həll edilməmiş qalıb.
İlk baxışdan elə görünür ki, bu cür barışmaz mövqelər nəzərə alınsa, Şarl Mişelin ideyası Ermənistan və Azərbaycan üçün tamamilə uğurlu və məqbul həll yoludur. Məsələn, deyək ki, yola nəzarət funksiyasını hansısa tanınm...