Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Bakı-Tehran münasibətləri: Pezeşkian nəyə işarə edir?
İran prezidenti Azərbaycan səfirliyinə hücum edən terrorçunun işinə nəzarət edəcəyini bildirib

Bazar ertəsi Tehranda İran prezidenti Məsud Pezeşkianla Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib. Bu barədə İRNA agentliyi məlumat yayıb. 

Görüş zamanı Pezeşkian iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, təhlükəsizlik məsələlərini və bununla bağlı problemləri həll etməyə çağırıb və deyib ki, İran hökumətinin siyasətinin mahiyyəti budur. Pezeşkian "insanlar arasında ünsiyyət və informasiya mübadiləsinin asanlaşdırılmasının" vacibliyini də vurğulayıb.

"Ölkələr arasında təhlükəsizliyi, sülhü və ünsiyyəti möhkəmləndirmək və təşviq etmək üçün sərhədlərdə divarlar ucaltmağa ehtiyac yoxdur", - o qeyd edib.

İkitərəfli iqtisadi layihələrə toxunan İran prezidenti deyib: "Biz iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq. Həmçinin energetika və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik".

Pezeşkian Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məsələyə də toxunub. Terrorçunun aqibəti barədə danışan İran prezidenti deyib: "Biz hüquqi proseslər tam həyata keçirilənə qədər bu işi izləyəcəyik".  Bu zaman o, hansı proseslərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Öz növbəsində Şahin Mustafayev Bakının Tehran ilə energetika, avtomobil və dəmir yolu əlaqəsi, təhlükəsizlik, müdafiə və mədəniyyət sahələrində əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.

Şahin Mustafayev Pezeşkianı COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya dəvə...

lock icon

Yazını tam oxumaq üçün