Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanla Ermənistan arasında “humanitar atəşkəs” elan edildi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov gecə saatlarında danışıqların nəticələrinə əsaslanan birgə bəyanatı elan edib. Bəyanatda deyilir:

“Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəliblər:

  1. 2020-ci ilin 10 oktyabr tarixi saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur;
  2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
  3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında, münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
  4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.
Press klub