Logo
news content
premium image
Kateqoriyalar

Analitika

“Azərbaycanı İranla müharibəyə sürükləyən qüvvələr…”
Erməni politoloqun regional müharibə ilə bağlı fərziyyəsi nə dərəcədə doğrudur?

Belə bir iddia var ki, müəyyən dairələr Rusiya ilə Ukrayna arasında gedən müharibə kimi Azərbaycanı da İranla müharibəyə sürükləməyə çalışırlar”. Bunu NEWS.am-a müsahibəsində politoloq Argişti Kiviryan deyib.

Ancaq İran da, Azərbaycan da hələlik bundan yayınır. Vaxtaşırı gərginləşən ritorikaya baxmayaraq, tərəflərdən heç biri qarşı tərəfə qarşı silahlı münaqişəyə hazır deyil”, - o qeyd edib.

Onun sözlərinə görə, əsas sual xarici qüvvələrin bu ölkələri tələyə salıb-sala bilməyəcəyindən ibarətdir 

Ekspert hesab edir ki, Tehran prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzasının qəsdən törədildiyini müəyyən etsə belə, bunu açıq şəkildə elan etməyəcək. Çünki bu halda kəskin və açıq cavab verməli olacaq.

O, İranın belə bir şəraitdə qətlin təşkilatçılarını və iştirakçılarını gizli formada aradan qaldırmağa çalışacağını istisna etməyib.

İran nə qədər ki birbaşa münaqişəyə girməyərək, bütün işlərini proksi qüvvələri vasitəsilə edirsə, bu onun üçün bir o qədər yaxşıdır. Buna görə də, onu mümkün olan qədər yayınmağa çalışdığı birbaşa münaqişəyə sürükləməyə çalışırlar. İran heç kim buna hazır olmayan anda zərbə endirəcək. Bu onun tarixi strategiyasıdır”, - Kiviryan bildirib.

Bu arada İranda iyunun 28-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı başlayıb. Bu barədə İslam Respublikası Daxili İşlər Nazirliyinin rəhbəri Əhməd Vahidi məlumat verib.

İran tarixində dönüş nöqtəsi olan bu çətin şəraitə və belə böyük itkiyə baxmayaraq, inqilab liderinin (İranın dini lideri ayətullah Əli Xamenei nəzərdə tutulur – red.) və Konstitusiyanın rəhbərliyi altında ölkənin idarə edilməsində heç bir çatışmazlıq olmayıb”, - deyə Vahidi mətbuat konfransında bildirib.

lock icon

Yazını tam oxumaq üçün