Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ Dövlət Departamenti sözçüsünün bəyanatı

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Azərbaycan və Ermənistan Beynəlxalq Sərhədində Qarşıdurma barədə bəyanat yayıb. Bəyanatda deyilir:

“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan beynəlxalq sərhədində yaranmış qarşıdurmanı qəti şəkildə pisləyir. Biz tərəfləri güc tətbiqini dərhal dayandırmağa, gələcəkdə yarana biləcək gərginliyin aradan qaldırılması üçün mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə, habelə atəşkəsə ciddi əməl etməyə çağırırıq.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətdə olan ABŞ, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etmək öhdəliyinə tam sadiq qalır. Biz, bu məqsədə nail olmaq uğrunda fəal səylərimizi davam etdirəcəyik. Birləşmiş Ştatlar Minsk Qrupu həmsədrlərinin tərəflərin mümkün qədər qısa müddətdə əsaslı danışıqlara qayıtması çağırışına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə dönmələrini vacib hesab edir”.