Logo
news content

İraq iki od arasında
Tehran müharibənin xəritəsini genişləndirməyə, tərəfdarlarını artırmağa çalışır

İran İraqda fəallaşır. Səddam Hüseyninin hakimiyyətdən getməsi, deyəsən, daha çox Tehran hakimiyyətinin işinə yarayıb. 

Hələ 2001-ci il sentyabrın 11-də ABŞ-də baş vermiş məlum terror aktından sonra, 2003-cü ildə İraqda hərbi əməliyyatlar başlayanda İran rəhbərliyi Ağ evə yardım etməyə hazır olduğunu bildirmişdi. Onda rəsmi Vaşinqton Tehranın yardımından imtina etmişdi. 

ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İraqda güclənməsi ilə eyni vaxtda İran da bu ölkədə ənənəvi metodlarla fəaliyyətə başlayıb. 

İslam Respublikası bu ölkədə məzhəbçiliklə özünü daha tez göstərə və ətrafına qüvvələrə toplaya bilib. Kərbəla, Nəcəf və başqa şəhərlərdə dini-məzhəbi müqəddəslərin məqbərlərini, ziyarətgahları qorumaq adı altında İraqa hərbçilər yeridib. Sonrakı illərdə isə iraqlı tərəfdarlarının da iştirakı ilə silahlı qruplaşma təşkil edib. 

İŞİD terror qruplaşmasının İraqa soxulması İrana burada silahlı qruplar yaratmaq üçün əlavə fürsət verib. 

2014-cü ildə Xalq Səfərbərlik Qüvvələri, bəzən “Xalq Səfərbərlik Komitəsi” və ya “Xalq Səfərbərlik Bölmələri”, “Həşdi Şabi” adı ilə də tanınan silahlı dəstə yaradılıb. Bu qüvvənin say tərkibini müxtəlif şəkildə qiymətləndirirlər. Bəziləri bu dəstənin üzvlərinin sayının 70 minə çatığını iddia edirlər. “Həşdi Şabi” İraq dövləti tərəfindən maliyyələşdirilən, əsasən şiə müsəlman qruplarından ibarət olan, eyni zamanda sünni müsəlman, xristian və yezidi qrupları da əhatə edən hərbi birləşmədir. Onun bölmələri İŞİD-ə qarşı demək olar ki, hər bir böyük döyüşdə ...

lock icon

Yazını tam oxumaq üçün