Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qafarova və Simonyan Cenevrədə görüşəcəklər

Ermənistan və Azərbaycanın nümayəndə heyətləri 15-18 may tarixlərində Parlament Sədrlərinin VI Ümumdünya Konqresinə hazırlıq komitəsinin Cenevrədə keçiriləcək iclasında iştirak edəcəklər.

Bu tədbir çərçivəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanın azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü keçiriləcək. Bu barədə Ermənistan Parlamentinin mətbuat xidməti bildirib.

Rəsmi Bakı hələlik belə bir görüşün keçiriləcəyini təsdiq etməyib.