Moskva görüş yerini dəyişmir...
08 Dekabr 2022
Gözlənilən təklif gəldi. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov yerli mətbuata bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü təşkil edə bilərlər. “Rusiya, şübhəsiz ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq”, - Peskov jurnalistlərə deyib.
Xatırladaq ki, dekabrın 7-də Brüsseldə planlaşdırılan dördtərəfli görüş baş tutmayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan görüşdə Fransa prezidenti Emmanuel Makronun iştirakının vacib olduğunu bildirib. Prezident İlham Əliyev isə Makronun, Fransa siyasi elitasının anti-Azərbaycan mövqeyinə görə, bu tərkibdə görüşdən imtina edib. Nəticədə Avropa İttifaqının vasitəçiliyi ilə davam edən sülh danışıqlarında taym-aut götürülüb.
Bu ərəfədə ABŞ və Rusiyanın fəallığını görürük. Dövlət Departamentinin Qafqaz münaqişələri üzrə elçisi Filip Riker ötən həftə Azərbaycanda və Ermənistanda bir neçə günlük səfərdə oldu. Onun tərəflərlə keçirdiyi görüşdən sonra verdiyi açıqlamalar optimist əhval-ruhiyyədə idi. Riker bəyan edib ki, sülh danışıqlarında razılıq əldə edilməsi üçün mühüm məsafə qət edilib və prinsipial məqamlarla bağlı ciddi fikir ayrılıqları yoxdur.
Rusiyanın fəallığı isə Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra başlayıb. İki gün əvvəl Moskvada kommunikasiyaların açılması ilə bağlı komissiyanın növbəti toplantısı keçirilib. Baş nazirlərin müavinlərinin qatıldığı görüşdən sonra münaqişə tərəfləri səmərəli müzakirələrə görə Rusiyaya minnətdarlıq ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdü. Lavrov bildirdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Alma Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir".
Bu bəyanatdan sonra prezident V.Putinin köməkçisinin Azərbaycan və Ermənistan liderlərinə Rusiya ərazisində görüş təklif etməsi prosesin məntiqi davamıdır. Rusiya ötən bir ildə Qərbin qarşısında itirdiyi mövqeləri sürətlə bərpa etməyə çalışır. Yəni münaqişənin həllində yeganə optimal vasitəçi olduğunu qəbul etdirməyə cəhd edir. Bu səbəbdən Qarabağla bağlı ənənəvi mövqeyində deklarativ dəyişikliklər edib. Söhbət nədən gedir?
Birincisi, 10 noyabr bəyanatı imzalanandan sonra Rusiya rəhbərliyi bəyan edib ki, Qarabağın statusu gələcək liderlərin işidir. Yəni hazırda sülh müqaviləsinə ehtiyac yoxdur. Amma indi Lavrov deyir ki, tərəflər Alma Ata Bəyannaməsi əsasında sülh sazişi imzalanmasını biz də dəstəkləyirik.
İkincisi, Rusiya sərhəd və kommunikasiyalarla bağlı İşçi Qrupun fəaliyyətini yenidən canlandırıb və Moskvada görüş keçirilib. Bu, sülh prosesinin bir hissəsi olmaqla, Moskvanın da içərisində olduğu üçtərəfli prosesdir. Qərb bu məsələdə texniki yardım göstərmək iqtidarındadır, Rusiya qədər real imkanlara malik deyil.
Üçüncüsü, Rusiya Azərbaycanın israrlı mövqeyini yumşaltmaq üçün bəzi güzəştlərə gedir. Məsələn, Azərbaycan ekoloqları və başqa dövlət qurumlarının Qarabağ ərazisində monitorinqlərə şərait yaradılması, daha sonra Laçın dəhlizində skaner aparatların (mini-gömrük postları) quraşdırlmasının mümkünlüyü barədə açıqlama Kremlin bu niyyətindən xəbər verir.
Peskovun görüş təklifi isə Vaşinqtonun Brüsseldə baş tutmayan təmaslara alternativ variantlarını qabaqlamaq məqsədi güdür. Belə məlumatlar var ki, Filip Riker hər iki tərəfi Tbilisidə təkbətək görüş keçirməyə razı salıb, ilin sonuna qədər İlham Əliyev və Nikol Paşinyan qonşu ölkədə bir araya gəlib Qərbin vasitəçiliyinin davam etməsini nümayiş etdirə bilərlər. Rusiya isə eyni formatda, yəni Putinin iştirakı olmadan təkbətək görüşlərin Moskvada, Soçidə və s. şəhərlərin birində keçirilməsini istəyir. Yəni Vaşinqtonun və Brüsselin bütün təşəbbüslərini əlindən alır, üstəlik münaqişənin həllində tərpəniş yarandığı barədə görüntü yaradır.
Amma real proses olacaqmı, bu şübhəlidir. Çünki Rusiya Qarabağda Vardanyan planından imtina etməyib. 5 dekabrda Əsgəranda yerli erməni əhalisi ilə görüşən Rusiya canişini, milyarder Ruben Vardanyan faktiki bizə meydan oxuyub:
“Heç bir razılaşma Qarabağ məsələsini həll edə bilməz, çünki bizim burada yaşamağımızı istəməyən qonşu dövlət var. Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq və hazır olmalıyıq”.
Vardanyan Rusiyanın Qarabağda əsas maraqlarının icraçısıdır. Separatçıların rəhbəri Arayik Arutyunyan da eyni missiyanın daşıyıcıdır. Moskva Vardanyanı Qarabağa, Arayiki isə Fransaya göndərib. Separatçı cinayətkar Parisdə görüşlər keçirib, Qarabağın müstəqilliyinin tanınmasını istəyir. Yəqin ki, Bakı da Moskvanın bu oyunbazlığından xəbərdardırlar və siyasi prinsiplərdə hər hansı dəyişiklik yoxdur. Bütövlükdə Azərbaycan Qərbin təklif etdiyi variantlar əsasında proseslərin davam etdirilməsində maraqlı olmalıdır.
Ötən həftə Ermənistanda baş verən paradoksal məqamı burada xatırlatmaq yerinə düşər.
Eks-prezidentlər R.Koçaryan və S.Sarkisyanın rəhbərlik etdikləri partiyaların parlamentə təqdim etdikləri bəyanat layihəsinə görə Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyinə dair bəyanat qəbul etməlidir. Layihədə deyilirdi ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək yeganə prinsipdir.
Paşinyanın liderlik etdiyi hakim partiya isə bu layihəni rədd edib. Parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyan deyib ki, sözü gedən bəyanat layihəsində müharibəyə qədər olan siyasət əks edilib. Onun sözlərinə görə “öz müqəddəratını təyin etmə prinsipi” də yersizdir, çünki ötən 30 ilin siyasəti indiki vəziyyətə gətirib çıxarıb.
Erməni müxalifətinin Kremlin diktəsi ilə danışdığını isə xatırlatmağa ehtiyac yoxdur...
Turqut