
Bu gün İlaxır Çərşənbə - Torpaq Çərşənbəsidir
18 Mart 2025
Bu gün Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.
Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var.
Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz Bayramı qeyd olunur.