Rusiya Zəngəzur dəhlizini nəzarətə götürür
11 Avqust 2022
Rusiya hərbçiləri Ermənistanın cənubundakı Sünik rayonunun (Zəngəzur) Meğri-Agarak yolunda nəzarət-buraxılış məntəqəsi qurublar. Bu barədə iki gün öncə Ermənistanın “Yerevan.Today” qəzeti məlumat yayıb. Bu, Azərbaycan üçün də mühüm yoldur. Çünki post əslində dəmir yolu xətti ilə birlikdə ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizini təşkil edəcək magistral yolda quraşdırılıb.
Nəşrin məlumatına görə, sülhməramlılar yolu qoruyur və bu yoldan keçən bütün vətəndaşları yoxlayır. “Ölkə hakimiyyəti bu barədə Ermənistan sakinlərinə əvvəlcədən məlumat verməyib və hələ də heç bir izahat yoxdur”, - portal qeyd edir.
Belə görünür ki, bu barədə Bakıya da məlumat verilməyib. Rusiyanın Ermənistandakı hərbi komandanlığının belə gözlənilməz qərarının səbəbi nədir? Bu, kommunikasiyaların məhz Zəngəzur dəhlizindən açılmasına başlanması ilə bağlı İrəvanı hələ heç bir tərəfin razı sala bilməməsi fonunda çox mühüm və maraqlıdır. Və gözlənilmədən bu yerdə rus hərbi postu yaradılır. Niyə?
Daha sonra ortaya "maraqlı" izahat çıxdı. Bu izahatı “1lurer.am” portalına Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan üzrə Sərhəd İdarəsi təqdim edib:
“Son vaxtlar İrandan Ermənistana ağır narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) qanunsuz keçirilməsi cəhdlərinin artması ilə bağlı dövlət sərhədinin İran-Ermənistan hissəsində gərgin əməliyyat şəraiti yaranıb.
Bundan başqa, dövlət sərhədinin ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən pozulması halları qeydə alınır. Belə ki, Rusiya sərhədçiləri 2021-ci ildə Meğri sərhəd dəstəsinin yerləşdiyi ərazidə İrandan keçən qanunsuz silahlı dəstənin iki döyüşçünü saxlayıblar. Onların üzərində silah, qumbara və külli miqdarda sursat olub.
Ermənistan Respublikasının “Dövlət sərhədi haqqında” qanununa uyğun olaraq Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə bu ilin əvvəlindən Ermənistan hökuməti, Milli Təhlükəsizlik Xidməti və digər səlahiyyətli orqanlarla razılaşdırılaraq sərhədçilərin xidmət aparması üçün xüsusi postlar quraşdırılıb. Onlar qaçaqmalçılıq, qeyri-qanuni miqrasiyanın təşkili və digər hüquqpozmaların müəyyən edilməsi və qarşısının alınması üçün şəxslərə və nəqliyyat vasitələrinə münasibətdə seçmə yolu ilə (sərhəd pozucularının axtarışı və təqibi zamanı istisnasız olaraq hamıya) yoxlama tədbirləri həyata keçirirlər.
Sərhəd zonasında hərəkət edən vətəndaşlardan hüquq-mühafizə orqanlarının tələblərinə anlayışla yanaşmalarını xahiş edirik”.
Şübhəsiz ki, gözəl səslənir. Amma görəsən, Rusiyanın FTX-nin Ermənistan Respublikasındakı Sərhəd İdarəsi bu addımı Azərbaycanın Laçın dəhlizi yaxınlığında həyata keçirdiyi “Qisas” əməliyyatından niyə dərhal sonra atmaq qərarına gəlib? Müharibə noyabrın 20-də başa çatıb. Azərbaycan o vaxtdan İran və Ermənistan arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün istifadə olunan əvvəllər işğal olunmuş bütün boz zonaları nəzarətə götürüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qərbə - Zəngəzurun Ermənistan nəzarətində olan sərhəd ərazisinə köçməsi indi məlum olur? İnandırıcı deyil. Əgər bu baş veribsə, deməli artıq il yarım əvvəl baş verib. Post isə yenicə ortaya çıxdı. Bu siqnal nə ilə bağlıdır?
Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:
- Ondan başlayaq ki, müharibə 2020-ci ilin noyabrında bitməyib və sülh müqaviləsi imzalanmayana qədər də bitməyəcək. Bu birinci məqam.
Rusların orada nəzarət-buraxılış məntəqələri qurması məni təəccübləndirmir. Məni təəccübləndirən onların orada hələ də yeni baza yaratmamalarıdır. Amma onlar bunu mütləq edəcəklər. Bu ikinci məqam.
Obyektiv reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizinin nə vaxt açılacağına, ümumiyyətlə, açılıb-açılmayacağına məhz Moskvada qərar verirlər. Bu dəhlizin açılmasının Rusiyanın marağında olması barədə söhbətlər isə özünü aldatmaqdır.
Nə qədər ki Rusiyanın Gürcüstanla problemi yoxdur (malların Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə və geriyə çatdırılması), Moskvanın bu dəhlizin açılmasına xüsusi ehtiyac yaranmayıb. Ona görə də nəzarət-buraxılış məntəqələri yaranır. Ancaq bu, sövdələşmə məsələsidir.
Rauf Orucov