Qarabağda ikinci mərhələ başlayır
26 Dekabr 2022
Azərbaycanlı aktivistlərin Laçın yolunda keçirdiyi etiraz aksiyasının iki həftəsi tamam olub. Bu müddət ərzində problem BMT Təhlükəsizlik Şurası səviyyəsinə qədər çıxdı, amma çözüm hələ də tapılmayıb. Bununla belə, bir sıra vacib nəticələr artıq var. Onları sadalamazdan əvvəl tərəflərin mövqelərinə və məqsədlərinə qısaca nəzər salmağa ehtiyac var.
Azərbaycan
Rəsmi Bakı Laçın yolunda aksiya təşkil etməklə, qarşı tərəfə yumşaq güc tətbiq edib. Əsas məqsədi odur ki, Qarabağdakı separatçı rejimin sərbəst istifadə etdiyi dəhlizə nəzarəti təmin etsin. Bundan əvvəl həmin yoldan separatçı qruplaşmanın nəzarətində olan silahlı qüvvələr üçün hərbi ləvazımatlar daşınmasını sübut edən faktlar ortaya qoyub. Habelə İrandan Xankəndinə terrorçuların keçdiyi ilə bağlı da sənədlər, adlar təqdim edib, bu faktları qarşı tərəf inkar etmək üçün tutarlı sübutlar göstərə bilməyib.
Laçın dəhlizinə nəzarətin təmin olunması Xankəndidəki separatçı rejimin tərk-silah edilməsi istiqamətində vacib addımdır. Çünki bu yoldan dinc əhalinin istifadəsinə imkan veriləcək, amma Azərbaycan kəşfiyyatının siyahısında olan separatçılar, onların nəzarətində olan şəxslər, habelə qondarma qurumun rəhbərliyi istifadə edə bilməyəcək. Beləliklə, Qarabağdakı rejim faktiki mühasirəyə alınıb, rəsmi Bakı onlardan təslim olmağı və bölgəni tərk etməyi tələb edir.
Ermənistan
Rəsmi İrəvan problemə birbaşa müdaxilə edərək onun tərəfi olmaqdan çəkinir. Amma Laçın yolunun açılması üçün bütün diplomatik, siyasi imkanlarını səfərbər edib. Paşinyan hakimiyyəti xüsusi ilə Qərb tərəfdaşlarını prosesə cəlb edib və Fransa vasitəsi ilə BMT TŞ-da problemin müzakirə olunmasına nail olub. Habelə Fransa prezidenti Emmanuel Makronun Azərbaycan prezidenti İlham Əliyevə sonuncu zəngi də bununla bağlıdır. Makron yolun açılmasını, münasibətlərin normallaşmasında öz yardımını təklif edib.
Ermənistanın mövqeyində diqqətçəkən məqamlardan biri Rusiya ilə apardığı işi dayandırmasıdır. Rəsmi İrəvan Laçın yolunun açılmasına Moskvanın hər hansı ciddi yardım edəcəyini düşünmür və xarici işlər naziri Ararat Mirzoyanı bu səbəbdən Moskvada keçiriləcək üçtərəfli görüşə göndərməkdən imtina etdi. Baş nazir Paşinyan, özü də daxil olmaqla, Ermənistan rəsmiləri açıq şəkildə Rusiya sülhməramlılarını destruktiv mövqe tutmaqda, yolun açılmasına hər hansı yardım göstərməməkdə ittiham edirlər.
Rusiya
Rəsmi Moskva prosesin əvvəlindən vasitəçi rolu oynamağa başlayıb, Azərbaycanlı aktivistlərin tələblərini qondarma rejimə çatdırıb, habelə yolda təhlükəsizlik postu yerləşdirib. Rusiya rəsmiləri ikitərəfli münasibətlərdə Azərbaycana hər hansı təzyiq göstərmir, amma BMT TŞ-da gedən müzakirələrdə humanitar səbəblərdən yolun açılmasının zəruri olduğunu bəyan edib.
Rusiya hazırda Xankəndidəki qondarma rejimlə fəal işləyən yeganə ölkədir və onların fəaliyyəti, şübhəsiz ki, Kremldən koordinasiya edilir. Milyarder Ruben Vardanyan da bölgəyə Moskvanın planlarının daha səmərəli icrası üçün göndərilib və Bakı ilə qarşıdurmaya getməmək üçün onun vətəndaşlığı ləğv edilib. Amma bu o demək deyil ki, Rusiya Qarabağdan əl çəkib, Azərbaycana güzəştlər edir. Əlbəttə, Kremlin mövqeyində Ermənistana qarşı müəyyən təzyiq elementləri var, amma bu, heç bir halda separatçıları himayə etməkdən imtina anlamına gəlmir. Xarici işlər naziri Sergey Lavrov Azərbaycanlı həmkarı ilə görüşdə bir daha təkrarlayıb ki, problemin mərhələli şəkildə həll olunmasına tərəfdardırlar. Yəni əvvəlcə Ermənistanla münasibətlərin qaydaya salınması, sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması, daha sonra Xankəndi məsələsi...
Qərb
ABŞ və Avropa İttifaqının mövqeyi belədir ki, Laçın yolu açılmalıdır, amma bu istiqamətdə Azərbaycanla təzyiq dilində danışmaq maraqlara cavab vermir. Əvvəla, beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir, Bakı tam haqlıdır ki, öz ərazisində yerləşən separatçı rejimin hərbi, siyasi imkanlarını məhdudlaşdırsın. Bu faktor Azərbaycana qarşı bütün bəyanatlarda, o cümlədən Avropa İnsan haqları Məhkəməsinin Laçın dəhlizi ilə bağlı qərarında öz sözünü deyib. Məhkəmə yalnız Azərbaycanın üzərinə xəstə vətəndaşların İrəvana göndərilməsi, yolda köməksiz qalan insanların öz yerlərinə çatmasına şərait yaratmaq öhdəliyi qoyub. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, dinc əhalinin humanitar məqsədlər üçün yoldan istifadəsinə hər hansı məhdudiyyət qoyulmayıb, bunu Beynəlxalq Qızıl Xaç Cəmiyyəti də təsdiq edir.
Separatçı rejim
İki həftəlik aksiya, birmənalı olaraq, qondarma rejimin müstəqillik iddialarının üzərindən xətt çəkib. Onlara bir daha məlum oldu ki, beynəlxalq birlik Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edir və erməni azlığın orada dövlət qurmaq iddialarına qeyri-ciddi yanaşır. Hətta Fransa kimi Qərbin aparıcı üzvünün fərdi və beynəlxalq imkanlarını səfərbər etməsi də Laçın dəhlizinin açılmasına gətirib çıxarmadı. Rusiyanın ikili oyunu isə problemin hansısa müstəvidə həllinə yox, qeyri-müəyyən müddətdə uzanmasına hesablanıb. Bu isə yerli ermənilərlə qondarma qurumun rəhbərliyi arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarıb. Odur ki, istər Vardanyan, istərsə də Araik Arutyunyan dünəndən etibarən Azərbaycana dialoq təklif etməyə başlayıblar. Amma rəsmi Bakı separatçı rejim başçıları ilə hər hansı müzakirə aparmayacağını bəyan edib. Amma yerli erməni icmasının üzvləri ilə danışıqlara hazır olduğunu bildirib.
Separatçıların əl-qolunu təkcə beynəlxalq birliyin skeptik yanaşması deyil, həm də Bakının diplomatik, siyasi manevrləri bağlayır. Bu gün faktiki olaraq erməni əhalinin blokadasından söhbət getmir və ilk günlərdə rejim mənsublarının, eləcə də Ermənistan rəhbərliyinin yaratdığı hay-küy əhəmiyyətini itirir.
Beləliklə, iki həftəlik aksiyanın əsas nəticələri ondan ibarətdir ki, Azərbaycanın Laçın dəhlizinə, dövlət sərhədinə nəzarətini təmin etmək üçün hüquqi, siyasi zəmin formalaşıb. Yaxın günlərdə aksiyanın dayanacağını, dövlət sərhədində gömrük postunun, sərhəd nəzarətinin təmin olunması istiqamətində addımlar atılacağını gözləməyə dəyər. Burada Rusiya sülhməramlılarının hansısa formada iştirakı da mümkündür. Çox güman, Moskva ilə belə bir razılaşma artıq var. Artıq məlumdur, Qərb də Azərbaycanın Laçın yoluna nəzarətini təmin etməsinə etiraz etməyəcək. Belə olan halda, proses növbəti mərhələyə keçəcək və Qarabağdakı separatçı rejimin silahsızlaşdırılması istiqamətində Bakının tələbləri intensivləşəcək. Faktiki mühasirə vəziyyətində olan qondarma rejimin manevr imkanları artıq daralıb və yaxın həftələrdə Qarabağın demilitarzasiyası başlaya bilər. Problemin nə şəkildə həll olunması Ermənistan üçün prinsipial əhəmiyyət daşımır. Rəsmi İrəvana Azərbaycanla sülh müqaviləsi imzalayıb, problemlərin həllinə başlamaq daha vacibdir.
Turqut