Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

Pressklub-un əməkdaşı Fələstindən xəbər verir: “24 jurnalist öldürülüb” - FOTO/VİDEO

“Hazırda İordan çayının Qərb sahilində, Fələstinin Nablus şəhərinə bağlı Məsriyyə rayonu ərazisindəyik”. Bu sözləri hazırda münaqişə zonasında olan Pressklub-un əməkdaşı Seymur Kazımov deyib.

[video width="848" height="400" mp4="http://pressklub.az/wp-content/uploads/2023/10/vid-20231024-wa0009.mp4"][/video]

Əməkdaşımız bildirib ki, buradan bir qədər aralıda İsrail hökuməti tərəfindən salınmış yeni yaşayış məntəqələrinin sakinləri bu ərazilərə gələrək, yerli fələstinlilərə təzyiq göstərir, döyür, bəzi hallarda öldürürlər. Amma İsrail hökuməti onlara qarşı heç bir tədbir görmür: “Müharibə sakinlərin vəziyyətini daha da ağırlaşdırıb. Şəhərdə insanlara rast gəlinmir, biznes, kommersiya dayandırılıb. Şəhərlərarası yoxlama məntəqələrində fələstinlilərin gediş-gəlişinə maneə törədilir”.



Son məlumata görə, 50 fələstinli saxlanılıb və ümumi say 1265 nəfərə çatıb. Bu ərazidə ölənlərin sayı 90 nəfərə çatıb. Son toqquşmalar zamanı 20-si fələstinli, 3 israilli, 1 livanlı olmaqla 24 jurnalist həlak olub.