“Kitab döyüşü”: İran necə tələyə düşdü
09 Avqust 2022
İran hər yerdə İsrailin atdığı addımları cavabsız qoymamağa çalışır. Tehran hakimiyyətinin Azərbaycan Respublikası və Türkiyədə bu istiqamətdə fəaliyyəti özünü daha qabarıq göstərməkdədir.
Son aylar İranın Türkiyədə uğursuzluqla nəticələnən israilli ovuna çıxması, Azərbaycanda iranyönlü sayılan vətəndaşların İsrail əleyhinə şüar söyləməsi və s. bunu təsdiqləyir.
İyulun ortalarında İsrailin Azərbaycandakı səfiri Corc Dikin məşhur “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşması və İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə israilli həmkarına verdiyi cavab artıq keçmişdə qalıb. Həmin söz döyüşündə Abbas Musəvinin israilli həmkarına cavabı qənaətbəxş sayılmamış, daha çox tənqidə tuş gəlmişdi.
Görünür, Azərbaycandakı səfirin cavabının uğursuz olduğunu düşünən Tehran hakimiyyəti yeni kampaniyaya başlayıb. Bu dəfə Təbriz universitetlərinin professor və müəllimləri, mədəniyyət xadimləri İsrail səfirinə cavab olaraq “Fələstin kitabı” adı altında mütaliə kampaniyasını əks etdirən fotolar paylaşıblar.
İran hakimiyyətinə yaxın mənbələrin yaydığı bu xəbərdə daha sonra bildirilib: “Bu kampaniya diqqəti İsrailin saxta kimliyinə yönəldir və Qafqaz xalqını, xüsusilə Azərbaycan xalqını “Fələstin kitabı: İranın ali rəhbəri Əli Xameneyinin baxış bucağından” adlı kitabı oxumağa dəvət edir. Sözügedən kampaniya Bakıda irqçi təriqəti təmsil edən sion gəncinin avantürist foto paylaşımlarından sonra başlayıb. Bu cavancığaz “Təbrizin sehrli nağılları” kitabını oxuyarkən çəkdirdiyi fotoları dərc edib və bu kitab üçün marketinq fəaliyyəti aparıb”.
İran hakimiyyətinin təbliğindən belə çıxır ki, Fələstin İsrail üçün nədirsə, Təbriz də İran üçün odur. İslam Respublikasının siyasi-ideoloji təməllərindən biri Fələstinin İsraildən ayrılıb, müstəqil dövlət olmasıdır. Düzdür, Fələstinin müstəqilliyini bir sıra dövlətlər, o cümlədən Azərbaycan tanıyıb. Ancaq İran hakimiyyəti hesab edir ki, İsrail fələstinlilərə zülm edir və s.
Tehran hakimiyyətinin Fələstin ərəbləri ilə bağlı təbliğatına əsaslansaq, belə qənaətə gələ bilərik: Fələstin İsrail üçün nədirsə, yaxud nə deyilsə, Təbriz də (Güney Azərbaycan da) İran üçün odur, yaxud o deyildir.
Bu təbliğatı aparanlar bilərəkdən və ya bilməyərəkdən belə bir müqayisə aparıblar. Bununla da Tehran hakimiyyətinin Təbriz əhalisinə (Azərbaycan əyalətinə) etdiyi zülmü özlərinin Fələstin “məntiqi” ilə etiraf ediblər.
Son illərin hadisələrin hamının, necə deyərlər, əlini açdı. İran hakimiyyətinin də, İsrailin də Azərbaycan üçün əhəmiyyəti məlum oldu. Kimin dar günün adamı olduğunu zaman təsdiqləyib.
İranın təbliğat maşını bu “kitab döyüşü” ilə Azərbaycanla İsrail arasında qarşıdurma yaratmağa cəhd göstərib. Ancaq İran hakimiyyəti bu mənasız kitab döyüş ilə özünü bir daha ifşa edib. Atalar yaxşı deyib: “Çoxbilmiş quş dimdiyindən tələyə düşər”.
Sədrəddin Soltan