Logo
news content
premium image
Kateqoriyalar

Reportaj

“İblis”in cəngində - REPORTAJ
Akademik Milli Dram Teatrı böyük Cavidin şedevrinə yenidən can verib

"İblis nədir? - Cümlə xəyanətlərə bais, 

Ya hər kəsə xain olan insan nədir? 

- İblis!"

Yenə Şekspirin “Olum ya ölüm?...budur məsələ!” dilemmasından daha monumental hesab etdiyim Hüseyn Cavid sualı qarşısında düşüncələrə dalıram. 

Dahi Hüseyn Cavidin “İblis” əsərinin uzun fasilədən sonra Azərbaycan Dövlət Milli Dram Teatrında səhnələşdirilən tamaşasına getmişdim. 

Əvvəl onu deyim ki, Hüseyn Cavidin Azərbaycan teatr tarixində səhnələşdirilən ilk poetik dram olan "İblis" əsəri  birinci dəfə 1920-ci ildə səhnəyə qoyulub. Dekabrın 21-də elə Azərbaycan Dövlət Teatrında (İndiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında) premyerası olub.

"İblis" pyesinin motivləri əsasında Mehriban Ələkbərzadənin quruluşunda yenidən həyat qazanan "İblis və..." fəlsəfi-dekonstruktiv melodramı Azərbaycan teatr tarixində o janrda daha bir səhifədir. 

Binanın qarşısında əllərində bilet növbəyə düzülmüş insanların  izdihamına qarışıb, mən də içəri keçdim. Üst geyimimi “teatrın başladığı” asılqana verib, tamaşa zalına girdim. Demək olar, bütün oturacaqlar dolmuşdu. Lap vaxtında gəlmişdim, çünki elə yerimi rahatlamışdım ki, üçüncü zəng çalındı. 

Və budur, zaman-zaman insanların zehnini, ruhunu, qəlbini ələ keçirməyə çalışan, çox vaxt buna müyəssər olan iblisin canlı obrazı qarşımızdadır. Teatr həyatın inikasıdır, deyirlər. Tarix boyu mənfimizi-müsbətimizi yaxşımızı-pisimizi, özümüzü səhnədə görmüşük. Teatr bizə özümüzü tanıdıb. Bəzən o ən böyük müəllim, bəzən də “qatil” olub. Ona baxıb ya dərs almışıq, ya da ...

lock icon

Yazını tam oxumaq üçün