Göylərdə uçan erməni spiker nədən danışır?
16 Dekabr 2022
“Mümkündür ki, İrəvan gələcəkdə Qarabağın təhlükəsizliyini təmin etmək üçün Rusiyanın sülhməramlı missiyasına alternativ olaraq başqa variantları nəzərdən keçirməli ola bilər". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan "müşahidəçilərin və ya sülhməramlıların beynəlxalq mandatını müzakirə etmək üçün beynəlxalq tərəfdaşlarla ciddi söhbəti" zəruri hesab edir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 12 üzv dövlətinin müşahidəçiləri mümkün variantı ola bilər.
Çox maraqlıdır, erməni tərəfi nəyə ümid edərək belə bəyanatlar verir? İrəvan mənaca eyni niyyətli bəyanatları artıq dəfələrlə səsləndirib. Amma ortaya sual çıxır: Ermənistan rəhbərliyinin bu istəklərini təkcə sözdə, müraciət və qətnamələrlə deyil, əməli hərəkətlərlə qarşılamaq istəyən olacaqmı? Və bu gün Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaq və onların yerinə başqasını gətirmək üçün kiminsə təsirli rıçaqları və alətləri varmı? Kim buna icazə verəcək? Azərbaycan? Mümkün deyil. Simonyan da, Ermənistanın digər siyasətçiləri də bunu başa düşməlidirlər. Onda bu boş istəkləri niyə səsləndirirlər?
Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:
- Birincisi, Alen Simonyanı əsl siyasətçi adlandırmazdım. Əsl siyasətçi buludlarda uçan deyil, siyasətlə peşəkarcasına məşğul olan adamdır. Ermənistanda rəhbər vəzifə tutan bu şəxs münaqişəni beynəlmiləlləşdirmək cəhdləri ilə vəziyyəti gərginləşdirmək və daha çox problemlər yaratmaqdansa, öz dövlətinin əsl mənafeyini rəhbər tutmalı idi.
Müşahidəçilərin və sülhməramlıların beynəlxalq mandatı ilə bağlı bu sözləri dövlət rəsmisi - Ermənistan parlamentinin spikeri səsləndirib. Bəs Ermənistanın Azərbaycan ərazisinə nə aidiyyatı var? “Artsax”, “Dağlıq Qarabağ”, Qarabağ - onların necə adlandırmasından asılı olmayaraq, bu ərazi Azərbaycanın tərkib hissəsidir. Təbii ki, heç bir aidiyyatı yoxdur.
Əsl siyasətçi ilk növbədə öz millətinin mənafeyindən çıxış edərək, beynəlxalq hüquq normalarına arxalanaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmalıdır. Növbəti addımının necə olacağını proqnozlaşdırmaq mümkün olmayan Rusiya, eləcə də Qafqazdan çox uzaqda yerləşən və burada heç nəyə təsir etməyən Fransa kimi dövlətlərin iştirakı ilə regionda əlavə gərginlik yaratmaq cəhdləri isə tamamilə anlaşılmazdır.
Ona görə də Simonyana real iş görməyi təklif edərdim. Bu isə hər iki dövlətin marağında olan beynəlxalq hüquq normaları və prinsipləridir və bu, təbii ki, sülh müqaviləsidir. Sülh müqaviləsi imzalanandan sonra Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi başlayacaq.
Azərbaycanın tərkib hissəsinin Ermənistan ərazisinə birləşdirilməsi cəhdi (fərq etməz, Rusiyanın əli ilə, Fransanın və ya hansısa başqa siyasi oyunçuların köməyi ilə) regionumuz üçün yaxşı heç nə vəd etmir.
Rauf Orucov