Ermənistanın yeni “blokada” fəryadı
05 Yanvar 2023
Ermənistan Xarici İşlər Nazirliyi yanvarın 3-də “Laçın dəhlizinin davam edən blokadası” ilə bağlı bəyanat yayıb. Mətni tam şəkildə təqdim edirik:
“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi beynəlxalq tərəfdaşlarının və bütün mütərəqqi bəşəriyyətin diqqətinə çatdırır ki, Azərbaycan Laçın dəhlizinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit edilmiş statusunu kobud şəkildə pozaraq, Dağlıq Qarabağı Ermənistanla və bütün dünya ilə birləşdirən yolu kəsib və artıq üç həftədən artıqdır Dağlıq Qarabağı blokadada saxlayır. Və Azərbaycan artıq 23-cü gündür ki, bütün dünyanın gözü qarşısında Dağlıq Qarabağ əhalisini məcburi deportasiyaya məcbur edərək, etnik təmizləmə siyasətini davam etdirir.
Dağlıq Qarabağda humanitar böhran hər gün daha da ağırlaşır. İlk tələbat mallarının, ərzaq və dərmanların çatışmazlığı getdikcə daha aydın hiss olunur. Qida çatışmazlığı aydın nəzərə çarpır. Yüzlərlə ailə Azərbaycanın blokadası səbəbindən bir-birindən ayrı düşüb. 120 min adam əslində əsir statusundadır.
Azərbaycan tərəfinin Laçın dəhlizinin faktiki olaraq açıq olması ilə bağlı bəyanatları tamamilə əsassızdır. Bunu ən azı həyat üçün təhlükəli vəziyyət yarananda məhdud sayda xəstənin Ermənistan Respublikasına yalnız Beynəlxalq Qırmızı Xaç Komitənin nəqliyyat vasitələri ilə aparılmasına icazə verilməsi sübut edir.
Biz Laçın dəhlizinin bağlanması və Dağlıq Qarabağ əhalisi üçün humanitar nəticələrin müzakirəsi məqsədilə Ermənistan tərəfinin müraciətinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının 2022-ci il dekabrın 20-də fövqəladə iclasının keçirilməsinin vacibliyini qeyd edirik. Biz Təhlükəsizlik Şurası üzvlərinin böyük əksəriyyətinin Azərbaycan tərəfinin dəhlizin blokadasını aradan qaldırması və beynəlxalq təşkilatların Dağlıq Qarabağa girişinə icazə verilməsi barədə açıq ifadə edilmiş aydın çağırışlarını yüksək qiymətləndiririk. Biz həmçinin Fransanın Təhlükəsizlik Şurasının sədrinin yuxarıda qeyd olunan iclasından sonrakı on günlük müddət ərzində vəziyyətlə bağlı mətbuata bəyanatını qəbul etdirmək səylərini alqışlayırıq.
Ermənistan Laçın dəhlizinin blokadasını və Dağlıq Qarabağın 120 minlik sakininin üzləşdiyi humanitar böhranın aradan qaldırılması üçün bütün mümkün formatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurası, beynəlxalq və regional strukturlar çərçivəsində bu strukturların mandat və funksiyalarından irəli gələn qətiyyətli cavab və tədbirləri təmin etmək üçün məqsədyönlü addımlar atmağa davam edəcək.
Biz həmçinin humanitar vəziyyəti yerindəcə qiymətləndirmək üçün Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndətilməsini, eləcə də BMT-nin müvafiq strukturlarının Dağlıq Qarabağa maneəsiz humanitar girişinin təmin edilməsini zəruri hesab edirik.
Azərbaycan 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndində təsbit olunmuş prinsiplərə uyğun olaraq dərhal Laçın dəhlizini açmağa borcludur. Bu bəndə əsasən Laçın dəhlizi Rusiya Federasiyasının Dağlıq Qarabağ ərazisində yerləşən sülhməramlı qüvvələrinin nəzarəti altındadır və Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir. Üçtərəfli Bəyanatın müddəaları Azərbaycanın qeyri-qanuni hərəkətləri nəticəsində pozulduğu üçün biz Rusiyanın heç bir ilkin şərt olmadan bu kobud pozuntunun aradan qaldırılmasına yönəlmiş konkret səylər göstərməsini gözləyirik”.
İrəvanın yaydığı bu iddialara hansı qiymət vermək olar? Beynəlxalq ictimaiyyətə ünvanlanan bu çağırışlara necə müqavimət göstərmək lazımdır? Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq hansı addımları atmalıdır?
Press Klubun suallarını müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb:
- Ermənistan birinci dəfə deyil ki, beynəlxalq ictimaiyyətə müraciət edir. O, hər dəfə bir bəhanə taparaq Azərbaycandan şikayət etməyə vərdiş edib. Beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasındakı mübahisəni həll etmək üçün effektiv mexanizmləri yoxdur. Tərəfləri beynəlxalq hüququn prinsiplərinə əməl etməyə və diplomatik prosesi davam etdirməyə çağırmaq olar. Onların bunu nəzərə alıb-almayacağı isə geosiyasi amillərdən asılıdır.
Ermənistan 27 il ərzində nəinki bu cür məsləhət xarakterli bəyanatlara, hətta BMT-nin 4 qətnaməsinə də məhəl qoymayıb. Ermənistan birmənalı olaraq 822, 853, 874, 884 saylı qətnamələrə əməl etməyib. Beynəlxalq ictimaiyyət o zaman nə edə bilərdisə, indi də onu edəcək.
Ermənistanın Rusiya qarşısında tələbləri də ciddi deyil. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannaməni pozduğuna görə cəzalandırılmalı olan tərəf varsa, o da Ermənistandır. Bu, Üçtərəfli Bəyannamənin 4, 7 və 9-cu bəndlərini 2 ildən artıq müddətdə yerinə yetirməyən dövlət üçün ciddi deyil.
Ermənistan silahlı qüvvələri hələ də Azərbaycan ərazisindən çıxarılmayıb. Ermənistan hələ də onları maddi-texniki cəhətdən təmin edir. Məcburi köçkünlər və qaçqınlar hələ də Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıtmayıblar. Azərbaycanlılar keçmiş Dağlıq Qarabağ ərazisində yerləşən 63 yaşayış məntəqəsindən zorla çıxarılıblar.
Bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından bəhs edilsə də, Ermənistan hələ də bundan imtina edir. Hələ də Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən nəqliyyat əlaqəsinin yaradılmasına imkan vermir.
Azərbaycan Laçına gedən yolun humanitar məqsədlər üçün açıq olduğunu iddia etsə də, bunu kafi hesab etmək olmaz. Azərbaycan tərəfi bu yolda Rusiya sülhməramlıları ilə birlikdə çox ciddi sərhəd və gömrük nəzarəti təşkil etməlidir. Üçtərəfli Bəyannamənin imzalanmasından sonra 2021-ci ildə Ermənistanda istehsal olunan 2700 mina Azərbaycan ərazisində aşkar edilərək beynəlxalq ictimaiyyətə təqdim edilib. Son 2 ildə bu minalar nəticəsində 44 mülki şəxs və hərbçi həlak olub, 250 nəfər ağır yaralanıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı ölkənin diplomatik korpusunu mütəmadi olaraq məlumatlandırmalıdır. Beynəlxalq faktaraşdırıcı missiyanın Laçın dəhlizinə göndərilməsi yalnız bir halda – Azərbaycan bu əraziyə rəsmi nəzarəti bərpa etdikdən sonra - ola bilər. Əgər Laçında sərhəd və gömrük postlarımız olsa, o zaman orada mütəmadi olaraq monitorinqlər aparmaq üçün beynəlxalq faktaraşdırıcı missiya təşkil etmək olar. Amma heç bir missiya Azərbaycan ərazisində onun rəsmi iştirakı olmadan işləyə bilməz. Laçın yolu ilə hərbi yüklərin daşınması, təxribat qruplarının bu yoldan keçməsi Azərbaycanın təhlükəsizliyi üçün ciddi problemdir.
Rauf Orucov