Sunak Qafqazdakı “üçbucağı” pozacaqmı?
27 Oktyabr 2022
Rişi Sunakın Böyük Britaniyanın yeni Baş naziri seçilməsi xüsusilə Cənubi Qafqaz regionunda böyük həyəcanla qarşılandı. Çünki gənc lider Hindistan əsilli idi. Bu amil Ermənistan ictimaiyyətini sevincə, Azərbaycan ictimaiyyətini isə narahatlığa qərq etdi.
Buna səbəb hazırda regionda maraqlı bir diplomatiya üçbucağının formalaşmasıdır. Belə ki, Britaniya Azərbaycanın strateji müttəfiqi, beynəlxalq arenada ən böyük dəstəkçilərindən biridir. Hindistan isə son dövrlərdə Azərbaycan-Pakistan yaxınlaşmasını çox qısqanc qarşılayan, Ermənistanı bütün beynəlxalq platformalarda dəstəkləyən, hətta sentyabr ayında bu ölkəyə 245 milyon dollarlıq silah-sursat satacağı iddia edilən bir dövlətdir. Elə isə sual yaranır: Britaniya hökumətinə bir hindistanlının rəhbərlik etməsi regiondakı bu üçbucağı tamamilə poza, ölkəmizi çıxılmaz bir vəziyyətə sala bilərmi?
Bu sualı türkiyəli sabiq diplomat, illərdir Britaniyada müxtəlif vəzifələrdə çalışan, London Enerji Klubunun rəhbəri Mehmet Öğütcüyə yönəltdik. Öğütcü Pressklub.az-a eksklüziv açıqlamasında yeni Baş nazirin xarici siyasətdə ciddi dəyişikliklərə getməyəcəyini qeyd edib.
“Bəli, Sunakın Baş nazir postuna gəlişi bəzi narahatlıqlar yaradıb. Lakin bunu deyə bilərəm ki, hazırda onun qarşısındakı ən ciddi problem iqtisadiyyatdakı sürətli geriləmədir. Ona görə də gənc liderin bütün diqqəti iqtisadiyyat sferasına yönələcək. Yüksək inflyasiya səviyyəsinin azaldılması, dövlət borclarının dəyərinin aşağı salınması, fundsterlinqin dollar və avroya nisbətdə ucuzlaşmasının qarşısının alınması onun əsas hədəfləri olacaq. Əvvəl maliyyə naziri postunu tutması, böyük sərvətə malik olması və milyarder kürəkəni olması Mühafizəkarlar Partiyası nümayəndələrinin onun namizədliyi dəstəkləməsinin əsas səbəbidir. Yəni, o, xarici siyasəti dəyişməsi üçün yox, daxildəki iqtisadi problemləri həll etməsi üçün hakimiyyətə gətirilib.
Həmçinin Sunakın başı ölkə daxilindəki siyasi problemlərin həllinə də qarışacaq. Belə ki, Britaniyanın birliyi məsələsi hazırda çox ciddi bir problemə çevrilib. Şotlandiyada müstəqillik meylləri artır, Şimali İrlandiyada separatizm getdikcə güclənir. Hazırda Britaniyada ən çox verilən sual Uelsin Britaniya tərkibində qalıb-qalmayacağıdır. Xarici siyasətdə isə Rusiya və Çinə qarşı ciddi düşmənçilik mövqeyi nümayiş etdirilir. Bütün bunlar baş verərkən ingilislərin xarici siyasət və milli təhlükəsizlik strategiyasının yenidən formalaşdırılmasını Sunaka buraxacaqlarını zənn etmirəm. Mühafizəkarlar Partiyası hər zaman Türkiyə və Azərbaycanın yanında olub. Qarşıdakı dövrdə də bunun dəyişdirilməsini gözləmirəm. Boris Consonun hələ də təsiri partiya daxilində qalmaqdadır. Ona görə də mən düşünmürəm ki, Sunakın Hindistan əsilli olması Britaniyanın Azərbaycana münasibətini dəyişdirə bilər. Britaniyanın Azərbaycan və Türkiyə ilə çox ciddi və möhkəm münasibətləri var. Ona görə də Bakıda belə bir narahatlığın yaranmasına ehtiyac yoxdur”-deyə, sabiq diplomat bildirib.
Öğütcünün şərhindən aydın olur ki, Britaniyada hökumətə nəinki hindli, erməni belə gəlsə, bu ölkənin Bakıya və Ankaraya münasibəti dəyişməyəcək. Çünki Britaniya kimi böyük dövlətlər çılğın liderlərin siyasi xətti əsasında yox, strateji dövlət maraqları və ona uyğun formalaşan strategiya əsasında idarə edilir.
Nicat İsmayılov