Qocalmış Avropa və geosiyasi pozğunluq
16 İyun 2022
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kiyevə səfəri zamanı prezident Vladimir Zelenskiyə bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı Aİ-nin icraedici hakimiyyətinin rəyi gələn həftənin sonuna qədər hazır olacaq.
“Reuters” xəbər verir ki, fon der Lyayen Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Zelenski ilə müzakirələr Ukraynanın üzvlüyə namizəd kimi tövsiyə edilib-edilməməsi ilə bağlı “qiymətləndirməmizi gələn həftənin sonuna qədər formalaşdırmağa imkan verəcək”.
Çoxlarının gözlədiyi bu addım uzun bir prosesin yalnız başlanğıcı olacaq.
Aİ-nin bütün 27 ölkəsinin hökuməti Ukraynaya namizəd statusunun verilməsinə razı olmalıdır. Bundan sonra Kiyevin üzvlük məsələsi nəzərdən keçirilənə qədər zəruri islahatlarla bağlı geniş danışıqlar aparılacaq.
Müharibənin başladığı fevral ayında bu yana Kiyevə ikinci dəfə səfər edən fon der Lyayen Zelenskiyə xatırladıb ki, inzibati islahatlara və digər sahələrdə irəliləyişlərə baxmayaraq, hələ çox iş görülməlidir.
“Siz qanunun aliliyinin möhkəmləndirilməsi üçün çox işlər görmüsünüz, lakin islahatlar aparılmasına hələ də ehtiyac var. Məsələn, korrupsiyaya ilə mübarizədə”, - deyə o, birgə mətbuat konfransında deyib.
Zelenski isə eyni brifinqdə deyib: “Bütün Avropa Rusiyanın hədəfindədir və Ukrayna bu təcavüzün yalnız birinci mərhələsidir. Ona görə də, Ukraynanın üzvlük müraciətinə Aİ-nin müsbət cavabı ümumiyyətlə Avropa layihəsinin gələcəyinin olub-olmaması sualına müsbət cavab ola bilər”.
Sual da budur - indi Ukraynaya müsbət cavab verməyin həyati əhəmiyyət kəsb etdiyini, onların öz gələcəyinin bundan asılı olduğunu bütün Aİ ölkələri başa düşürlərmi? Eyni zamanda, bu, bütün digər postsovet ölkələri, xüsusən də Aİ-nin Şərq Tərəfdaşlığı proqramının iştirakçıları üçün müsbət siqnal olardı.
Pressklub.az bununla bağlı tanınmış ukraynalı ekspertlərin fikirlərini öyrənib.
Mixail Qonçar, “Strategiya XXI” qloballaşma Mərkəzinin prezidenti, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru (Kiyev):
- Bütün Aİ ölkələri başa düşürlərmi ki, indi onların taleyi Ukraynada döyüş meydanında həll olunur? Məncə, hamı başa düşmür. Qərbə doğru uzaqlaşdıqca, anlama qabiliyyəti daha da pisləşir... Köhnə Avropanın siyasətçiləri Rusiyanın Gürcüstana soxulmasından 14 il keçməsinə baxmayaraq, hələ də əvvəlki kimi business as usual kateqoriyası ilə düşünürlər. Və onlar Putin rejiminin 2014-cü ildən Ukraynada, 2015-ci ildən Suriyada törətdiklərini, ötən əsrin 90-cı illərində İçkeriya faciəsini unudurlar.
Amma elə buna görə də Avropa İttifaqında “Yeni Avropa” var. “Yeni Avropa” Aİ-nin qocalmış, Kreml korrupsiyasına bulaşmış qərb hissəsini sona qədər geosiyasi pozğunluğa sürükləməyə qoymur. Aİ-nin həmin hissəsi üçün şərqdə yalnız Rusiya var, digər yeni müstəqil dövlətlər isə onun maraqları sahəsində mövcuddur. Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Çexiya, Sloveniya, Rumıniya Aİ-nin enerji verən qüvvəsidir. Təsadüfi deyil ki, Ukraynaya namizəd statusunun verilməsi təşəbbüsü ilə Slovakiyanın baş naziri çıxış edib və qalan “yeni avropalılar” bu ideyanı dəstəkləyiblər. Təbii ki, Avropa “bataqlığı” da var, lakin o, hakim rəyə tabe olur.
Güman edirəm ki, bütün ziddiyyətlərə baxmayaraq, Aİ Şurası iyunun 23-də keçiriləcək sammitdə Ukrayna və Moldovanın namizədliyi ilə bağlı yaşıl işıq yandıracaq. Bu, bütövlükdə Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələri üçün müsbət siqnal olacaq. Hər bir ölkə üçün müxtəlif formada. Belarus üçün bu, birmənalı olaraq, Lukaşenkodan sonra gələcək dövrə aiddir, Gürcüstan üçün bu, fürsəti əldən verməmək və Kremlə boyun əyməmək lazım olduğuna işarədir. Bakı üçün bu, Avropa perspektivinə təkcə müsəlman Albaniyasının malik ola bilməyəcəyinə işarədir. Ermənistan üçün də geosiyasi dönüş üçün fürsət var.
Yaroslav Bojko, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri (Kiyev):
- Son nəticədə, Aİ rəvan şəkildə avrofederal layihəyə, qanunvericiliyin, vergi qaydalarının uyğunlaşdırılmasına və standartların müəyyən unifikasiyasına doğru gedir. Buna görə də, Aİ-nin imtina etmək istəmədiyi prosedurların razılaşdırılması və bürokratik nüanslar bu cür kəskin amil kimi görünür.
Ukraynaya müsbət cavab verilməsi ən çox ehtimal olunan ssenari olaraq qalır. Eyni zamanda, aydındır ki, Avropa Komissiyası Aİ-nin daxili qaydaları ilə müəyyən edilən müəyyən məcburi tələblər irəli sürəcək.
Ukrayna hələ də Aİ ilə Assosiasiya Sazişini tam yerinə yetirə bilməyib. Ona görə də, namizəd statusunun verilməsi ehtimalı real olmasına baxmayaraq, Brüsselin heç bir şərt olmadan məsələni qapatmaq istəyəcəyi az inandırıcıdır.
Rauf Orucov