Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

Anuş Apetyan kim idi - tibb bacısı, yoxsa snayper? 

“Sputnik-Armeniya” agentliyi 36 yaşlı erməni əsgər Anuş Apetyanın ölümü ilə bağlı sentyabrın 23-də məqalə dərc edib. “Snayper Anuş Apetyan bütün güllələrini atdıqdan sonra həlak olub”, - məqalənin başlığında deyilir.

Diqqət çəkən məqamlardan biri hərbçinin hansı şəraitdə ölməsi ilə bağlıdır:

“Anuşun xidmət etdiyi ərazidə şiddətli döyüşlər gedirdi. Bəzən hətta yaxın məsafədə döyüş olurdu. Anuşa mövqeyini tərk etmək əmri verilsə də, o, “dostlarım haradadır, mən də oradayam” cavabını verib. Anuş nəinki ona verilən tapşırığı yerinə yetirib, həm də yaralı əsgəri döyüş meydanından çıxarıb.

- Silahdaşları deyirlər ki, Anuş öz dəstəsi ilə birgə çox cəsur olub və sona qədər də döyüşüb. Düşmən yaxın döyüşdə mövqe tuta bilmədiyindən, artilleriyadan istifadə edib. Nəticədə Anuş və onun silahdaşı Samson Kostandyan həlak olublar. Yoldaşları dərhal onların hər iksinin cəsədini mövqelərindən aşağı atıblar. Yeri gəlmişkən, bu mövqe indi bizim nəzarətimizdədir”, – Qeqam deyir.

Qeqam, Apetyanın “yoldaşlarına” istinad edərək, jurnalistə snayperin harada və necə öldüyünü, onunla bir yerdə qardaşının da öldüyünü söyləyir... 

Amma bir dəqiqə! Ermənistanın rəsmi strukturlarının bəyanatlarında, erməni mediasının çoxsaylı materiallarında tamamilə fərqli şeylərdən danışılır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan dərhal Azərbaycan əsgərlərini erməni “tibb bacısı” Anuş Apetyanın vəhşicəsinə qətlində ittiham edib. News.am-ın məlumatına görə, Baş Qərargah rəisi çıxışında Azərbaycan əsgəri tərəfindən lentə alındığı iddia edilən videodan bəhs edib. Guya ki, videoda hərbi əsir olan və cinsi zorakılığa məruz qalan qızların işgəncə əlamətləri olan görüntüləri yer alıb.

İnternetdə iki erməni qızın eybəcər hala salınmış cəsədlərini əks etdirən video yayılıb”, – başqa bir nəşr yazır. “Onlardan biri - Anuş Apetyan hərbi tibb bacısı olub. Onu zorlayıblar, gözlərini çıxarıb, göz boşluğuna daş qoyublar. Barmaqlarını isə kəsərək, ağzına soxublar”, - xəbərdə deyilir.

Sentyabrın 16-da isə xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə elə həmin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan deyib:

Sizin diqqətinizi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin vəhşiliyinə, onların döyüşçülərinin bizim döyüş mövqelərimizdə hərbçilərimizə, hətta qadın hərbçilərə qarşı törətdikləri vəhşiliklərə yönəltmək istəyirəm... Telefonumda bu fotolar və videolar var, göstərə bilərəm. <...> Mən sizə bu videonu göstərəcəyəm. Onları təsvir etməyə söz tapa bilmirəm. Orada bir qadın əsgərin ayaqlarının və barmaqlarının kəsildiyini, çılpaq soyundurulduğunu görə bilərsiniz. Bu, sadəcə qəddarlığın son dərəcəsidir”.

OC Media iddia edir ki, Asryanın istinad etdiyi video Azərbaycan əsgərləri tərəfindən lentə alınıb və sosial şəbəkədə paylaşılıb. Ermənistanın keçmiş ombudsmanı, hüquq müdafiəçisi Arman Tatoyan isə “təkzibedilməz” sübutlar tapıb: “Onun bədənində Azərbaycan xüsusi xidmət orqanlarının adı yazılıb: “YAŞMA”. Beləliklə, cinayəti onlar törədiblər”.

Erməni təbliğatı dünyanı qaniçən azərbaycanlı obrazı ilə qorxutmaq cəhdlərini davam etdirərək, hətta tibb bacılarının meyitlərini ələ salaraq, belə bir mənzərə yaratmağa cəhd edir. Amma iki həftədən də az vaxt keçəndən sonra “tibb bacısı” VOMA-da təlimlə başlayan təcrübəli snayperə çevrilir. Anuş Apetyanın atasının sözlərinə görə, qızı orada ən yaxşı yeddi snayperin sırasına daxil olmağı bacarıb. “Sonradan Anuş “ATAN” hərbi-vətənpərvər dəstəsinə qoşuldu, bundan sonra Cermukda hərbi xidmətə keçdi... 2020-ci ilin iyulunda Tauş istiqamətində vəziyyət gərginləşən zaman da döyüşürdü”.

Qohumlarının Anuş Apetyanla bağlı dediklərini oxuyandan sonra daha bir sual ətrafında düşünməyə başlayırsan: döyüş yoldaşlarının ölümündən dərhal sonra daim ermənilərin nəzarətində olan mövqedən aşağı atdıqları snayperin cəsədi Azərbaycan xüsusi təyinatlılarının əlinə necə keçib ki, onlar erməni təbliğatçılarına yeni ittihamlar üçün daha bir əsas verməkdən ötrü iyrənc videonu çəkib sosial şəbəkələrdə yerləşdiriblər?