Logo
news content
User
Kateqoriyalar

İcmal

İranlı qadın hicab taxmaqdan imtina etdiyi üçün 74 şallaq zərbəsi alıb

Mənbə: Turan

İranlı qadın hicab taxmaqdan imtina etdiyi üçün 74 şallaq zərbəsi alıb, hətta onu qamçılamaq üçün aparanda da geyim qaydasını pozub.

33 yaşlı Röya Heşməti paytaxt Tehranda bir neçə dəfə hicabsız görünəndən sonra “qeyri-caizliyi təşviq etməkdə” günahlandırılıb.

"Ona 74 şallaq cəzası qanuna və şəriət qanunlarına uyğun olaraq", "ictimai əxlaqı pozduğuna görə" verilib, deyə şənbə günü axşam saatlarında məhkəmə saytı “Mizan Online” bildirib.

Xanım Heşmətinin həm də 12 milyon rial (225 funt sterlinq) cərimə ödəməyə məcbur edildiyi bildirilir.

“Təqsirkar... Tehranda insanların sıx olduğu ictimai yerlərdə rüsvayçı şəkildə görünərək, özbaşınalığı təşviq edib”, deyə “Mizan” yazır.

1979-cu il İslam İnqilabından qısa müddət sonra İranda bütün qadınlar qanunla boyunlarını və başlarını örtməyə məcbur edilib.



Röya Heşməti hicabsız fotosunu internetdə yerləşdirib – “Agenzia Nova”

2022-ci ilin sonunda başlayan hökumət əleyhinə etirazlar zamanı bu praktika gücləndikdən sonra məmurlar qaydaları pozanlara qarşı getdikcə daha çox təzyiq göstərsə də, geyim qaydalarının pozulmasına görə şallaqlanma nadir hadisədir.

Kütləvi nümayişlərə 2022-ci ilin sentyabrında İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozmaqda ittiham edilərək həbs edilən 22 yaşlı İran kürd qadını Məhsa Əmininin həbsdə öldürülməsi səbəb olub.

Aksiyalar zamanı qadın nümayişçilər baş örtüklərini atıb, hətta yandırıblar.

Digər qadınlar da geyim qaydalarını getdikcə daha çox pozdular və bu, repressiyalara səbəb oldu.

Kürd mərkəzli hüquq müdafiəsi qrupu “Hengaw” xanım Heşmatinin kürd əsilli olduğunu müəyyən edib.


İranlı qadınlar 2023-cü ildə əxlaq polisi gücləndirildikdən sonra Tehranda başlarını açmağa risk edirlər - Məcid Əsgəripur/Vana

"Şallaq bədənimə dəyəndə pıçıldayırdım: "Qadınlar naminə, həyat naminə, şəfəq açılacaq", - “BBC Farsian” onun sözlərini sitat gətirib və əlavə edib ki, o, şallaqlanmağa aparılanda da saçlarını örtməkdən imtina edib.

Onun vəkili Maziar Tatai islahatçı “Shargh daily” qəzetinə deyib ki, o, aprel ayında “sosial şəbəkədə hicabsız foto paylaşdığına görə” həbs edilib.

Xanım Heşməti həmçinin “ictimai yerlərdə müsəlman örtüyü geyinməməkdə” ittiham olunub.

Rəsmilər hicab qanununun pozulması hallarını izləmək üçün ictimai yerlərdə müşahidə kameraları quraşdırıb və qaydaları pozan müəssisələri bağlayıb.

İran parlamenti geyim qaydalarını pozanlara qarşı cəzaları sərtləşdirən qanun layihəsini də müzakirə edib. (The Telegraph)