Logo
news content
User
Kateqoriyalar

İcmal

Aleksandr Sırski haqqında beş fakt

Mənbə: Reuters

Tərcümə: Turan

2019-cu ildən Ukraynanın quru qoşunlarına rəhbərlik edən general-polkovnik Aleksandr Sırski Rusiya ilə müharibənin üçüncü ilinə yaxınlaşdığı bir vaxtda cümə axşamı silahlı qüvvələrin komandanı təyin edilib. O, Valeri Zalujnını əvəzləyib.

Rusların genişmiqyaslı işğalı zamanı artıq Ukraynanın əsas fiqurlarından biri olan Sırski haqqında bəzi faktları təqdim edirik.

İLK İLLƏR


Sırski 1965-ci ilin iyulunda Rusiyanın Vladimir vilayətində anadan olub. O, 1980-ci illərdən Ukraynada yaşayır. Ukrayna silahlı qüvvələrində yaşıdı olan bir çox insan kimi, o, Moskvada - Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, o vaxtdan rus komandiri olmuş həmyaşıdları arasında 1986-cı ildə oranı bitirib və beş il sovet artilleriya korpusunda xidmət edib. Bəzi hərbi analitiklər hesab edirlər ki, onun döyüş taktikası iyerarxik sovet hazırlığını əks etdirir.

QAR BƏBİRİ


Sırski 2019-cu ildə Ukrayna quru qoşunlarının rəhbəri olub. O, əvvəllər 2014-cü ildə başlayan və "Qar bəbiri" adı altında Şərqi Donetsk və Luqansk vilayətlərində Moskvanın dəstəklədiyi üsyançılara qarşı döyüşən Ukrayna qoşunlarına komandanlıq edib.

ƏN BÖYÜK QƏLƏBƏLƏR


Rusiyanın genişmiqyaslı işğalı zamanı Ukraynanın ən böyük qələbələrindən bəziləri Sırskinin rəhbərliyi altında əldə edilib. O, ilk aylarda paytaxt Kiyevin uğurlu müdafiəsinə rəhbərlik edib və 2022-ci ilin aprelində ölkənin ən yüksək fəxri adı olan Ukrayna Qəhrəmanı adına layiq görülüb. 2022-ci ilin iyul ayında Sırski ildırım sürəti ilə əks-hücum planlaşdırıb və həyata keçirib, bu da rus qoşunlarını Xarkov şəhərindən uzaqlaşdırıb və şərq və cənub-şərqdə torpaq sahələrini geri alıb.

BAXMUT


Keçən ilin əvvəlində Sırski ölkənin şərqindəki Baxmut şəhərinin müdafiəsinə başçılıq edirdi və burada indiyə qədər müharibənin ən qanlı döyüşlərindən birində hər iki tərəfdən minlərlə əsgər həlak olub. Bəzi hərbi analitiklər dağıdılmış şəhər uğrunda döyüşün ölən və yaralananların sayına dəyər olub-olmadığını sual altına alırdılar. Sırski Ukraynanın Baxmutu inadla müdafiə etməsinin “Vaqner”in muzdlu dəstəsini bağlamaqla Rusiyanın ümumi müharibə səylərinə zərər verdiyini deyib.

ƏSGƏRLƏRİN MƏNƏVİ RUHU


Sırski deyir ki, onun üçün prioritet cəbhə xəttində mütəmadi olaraq ziyarət etdiyi qoşunlarının mənəvi-psixoloji vəziyyətidir. O, Qərb mətbuatına açıqlamasında gündə dörd saat yarım yatdığını və idman zalına gedərək dincəldiyini deyib. Sırski evlidir və iki oğlu var.