"Yəqin ki, Rusiya Paşinyanı devirəcək..."
19 Sentyabr 2022
Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiləşdirilməmiş Laçın, Zəngilan, Kəlbəcər istiqamətində baş verən iri miqyaslı hərbi qarşıdurmadan sonra bölgədə yeni vəziyyət yaranıb. Rusiyanın təşəbbüsü ilə irəli sürülən atəşkəs çağırışları qəbul edilib. Bundan əvvəl ABŞ, Fransa və digər dövlətlər, NATO, ATƏT, BMT və başqa beynəlxalq qurumlar tərəfləri zorakılıqdan çəkinməyə çağırmışdılar.
BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik edən Fransanın prezidenti Emmanuel Makron isə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra hərbi toqquşmaları TŞ-də müzakirəyə çıxarıb. Fransanın özü də daxil olmaqla, 5 daimi üzvdən heç biri Azərbaycanı təcavüzdə ittiham etməyib, böyük ölkələrdən yalnız Hindistanın mövqeyi birmənalı şəkildə İrəvanla üst-üstə düşüb. Beynəlxalq birliyin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan münaqişəsi zorakılıqdan uzaq, diplomatik yollarla çözülməlidir. Bu mövqe İrəvanda ciddi məyusluq doğurub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasının yekunları ilə bağlı maraqlı mövqe açıqlayıb: “Etiraf etməliyəm ki, ayrı-ayrı ölkələrə münasibətdə bizim gözləntilərimiz çox idi və bu gözləntilər o qədər də reallaşmadı. Qoy daha da açıq danışmayım... ”.
Qeyd edək ki, toqquşmalara ən maraqlı reaksiya Ermənistanın üzv olduğu Kollektiv Təhlükəszilik müqaviləsi Təşkilatından (KTMT), Rusiyadan və İrandan gəldi. KTMT bəyan etdi ki, heç bir halda bu münaqişədə tərəf olmayacaq və sülhməramlı missiya göndərməyəcək. Hərbi ittifaq bəyanatlarda ümumi ifadələrlə kifayətləndi və Azərbaycana qarşı hər hansı ittihamedici ifadə işlətmədi. Rusiyanın da mövqeyi KTMT-dən fərqlənmədi, hətta Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi mətbuat konfransında iki erməni jurnalistin suallarını rişxəndlə cavablandırdı və onları acıladı.
Ən qəribə mövqe özünü müsəlman dünyasının hamilərindən sayan qonşu İran İslam Respublikasından sərgiləndi. İran Prezidenti İbrahim Rəisi Nikol Paşinyanla telefon danışığında bildirdi ki, Ermənistanın sərhədlərinin dəyişdirilməməsi Tehranın "qırmızı xəttidir". Bu mövqeni İranın xarici işlər naziri də erməni həmkarı ilə telefon danışığında xüsusi vurğu ilə səsləndirdi. Ekspertlər bildirirlər ki, Tehranın bu mövqeyi əslində Azərbaycana qarşıdır, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasını istəmir və bunu özünün regiondakı maraqlarına təhlükə sayır.
12-14 sentyabr hərbi toqquşmalarının səbəblərini və ondan sonra yaranmış mənzərəni Pressklub.az-a şərh edən tarixçı professor Xaləddin İbrahimli də bildirir ki, Ermənistanı indiki şəraitdə qane etməyən 2 məsələ var:
“Birincisi, Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasını istəmir, onun yol olaraq razılaşdırılmasını tələb edir. Digər tərəfdən, İran da sərhədlərin dəyişdirilməməsi tezisini ortaya atmaqla bu dəhlizə qarşı çıxış edir. Beləliklə, Tehran açıq şəkildə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan bölgəsi arasında birbaşa kommunikasiyanın açılmasını istəmir. Maraqlıdır ki, bunu ""sərhədlərin dəyişdirilməsi" adlandırır. Qəribədir, İranın nəyinə lazmdır ki, Azərbaycanla Ermənistan arasında sərhədlər dəyişdirilir, ya yox?”
Ekspert qeyd edir ki, İranın bu dəhlizə qarşı olmasının əsas səbəbi, Türkiyənin Naxçıvan üzərindən birbaşa Azərbaycanla əlaqə yaratmasıdır: “İran bundan narahatdır. Təəssüf ki, Tehranın bu məkrli, düşmən siyasətinə bu ölkədə yaşayan 35-40 milyonluq soydaşımız səssiz qalır. Onlar İrandan tələb etməli və soruşmalıdılar ki, niyə bu dəhlizin açılmasını istəmirsiniz? Ermənistan da İranın bu mövqeyindən sui-istifadə edir. Onlar bu məsələdə Fransa və ABŞ-dan da ilham alırlar. Çünki onlar da dəhlizin açılmasını istəmir. Başqa vaxt deyirlər ki, İran və ABŞ düşməndir, onların mövqeləri heç vaxt üst-üstə düşmür. Amma baxın, görün Azərbaycanla bağlı olan məsələdə bu iki ölkə necə bir araya gəlib eyni mövqedən çıxış edirlər”.
Professor bildirir ki, bölgədə sülhü əngəlləyən ən vacib məsələ Qarabağın statusu ilə bağlıdır. O vurğulayır ki, ermənilər hələ də əvvəlki iddialarından əl çəkmirlər. "Onlar Dağlıq Qarabağ ermənilərinin müstəqil olmasını istəyirlər. Paşinyan dəfələrlə bəyan edib ki, bu məsələ Azərbaycanın daxili işi ola bilməz. Yəni, erməni ictimaiyyətinin mövqeyi nəzərə alınmalıdır. Ona görə də Ermənistan yenidən ATƏT-i bölgəyə gətirmək istəyir. Azərbaycan isə buna qarşıdır. Çünki ATƏT-ə üzv olan dövlətlərdin biri - Rusiya gəlib oturub Qarabağda və ermənilərin marağına uyğun hərəkət edir. Rusiya bu problemin həllini istəmir, Ermənistan və Azərbaycanı daim öz nəzarətində saxlamağa çalışır. Yəqin ki, Rusiya gələcəkdə Paşinyan hakimiyyətini devirib, yerinə rusyönümlü bir adam gətirəcək. Rusiya istəyir ki, Qarabağ amilini yenidən İrəvanın siyasi mühitinə qaytarsın” - deyə X.İbrahimli bildirib.
Professorun sözlərinə görə, bu iki məsələdə razılaşma olmadığı üçün Ermənistan tez-tez sərhəddə təxribatlar törədir: “Düşünürəm ki, gələcəkdə bu məsələ daha da gərginləşəcək. Çünki Rusiya zəiflədikcə problemlər baş qaldıracaq. Bəzi dövlətlər - Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya ölkələri öz problemlərini həll etməyə çalışacaqlar. Biz mütləq bu prosesə hazır olmalıyıq. Məsələn, ATƏT-in Minsk Qrupunun bölgədə yenidən canlanmasına qarşı olmalıyıq, ABŞ və Fransanın bölgəyə müdaxiləsinə imkan verməməliyik və s. Hesab edirəm ki, artıq Azərbaycan Naxçıvanla olan tarixi əlaqələrini bərpa etməlidir. Bu məsələni uzatmağın mənası yoxdur. Onsuz da gec-tez bu əlaqələr yenidən qurulacaq. Bundan sonra isə Türkiyə ilə Azərbaycanın birbaşa əlaqələrinin gücləndirilməsi istiqamətində çalışmalıyıq”.
Turqut