Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 641 mindən çox artıb.

“TASS” agentliyinin verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 641 669 nəfər yeni koronavirusa yoluxub, 11 752 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 57 274 018, ölənlərin isə 1 368 000 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.