Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

Azərbaycanla Qətər arasında “Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.

Sazişi Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Qətər tərəfindən isə baş nazirin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani imzalayıb.

Sazişə əsasən, Azərbaycanla Qətər arasında viza tələbi ləğv edilib.