Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlardan və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 18-i səhər saat 07:00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.