İranın yeni Prezidenti ilk xarici səfərini Çinə edəcək

İran Prezidenti İbrahim Rəisi Çinə səfər edəcək.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

S. Xətibzadənin sözlərinə görə, İ.Rəisi Şanxay səfərində İran və Çin arasında əlaqələrin genişləndirilməsi haqqında müzakirələr aparacaq.

Qeyd edək ki, bu, İbrahim Rəisinin İran Prezidenti kimi ilk xarici səfəri olacaq.