İran hava hücumundan müdafiə bölmələri ölkə ərazisinin yarısından çoxunu əhatə edən genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Bu barədə yarımrəsmi “Tasnim” agentliyi xəbər yayıb. Təlimlərdə ordunun hava hücumundan müdafiə bölmələri və İslam İnqilabı Keşikçiləri Korpusu iştirak edir.

Təşkilatçıların sözlərinə görə, təlimlər döyüş hazırlığını artırmaq və Silahlı Qüvvələrin həqiqi müharibə şəraitində hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.

Turqut