Gürcüstanın XİN başçısı: “Azərbaycanla iqtisadi əlaqələr dərinləşəcək”

“İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası sözsüz ki, strateji tərəfdaşımız olan Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirəcək”.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.

Qeyd edək ki, komissiyanın səkkizinci toplantısı bu gün Bakıda keçiriləcək. D.Zalkaliani Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana yollanıb.(Report)