Aksiyanın başlanmasından saat yarım əvvəl məni polisə dindirməyə çağırırlar. Paşinyanın məndən yox, biabırçı məğlubiyyətlərindən, əsgər valideynlərindən qorxmağı lazımdır.

Bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan 168.am-a verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyət hər şeydən daha çox onun xalqla görüşə biləcəyindən qorxur:

“Amma məndən qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”