Azərbaycanın beş müəssisəsindən Rusiyaya alma ixracına icazə verilib

Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Azərbaycanın beş müəssisəsindən alma ixracına razılıq verilib.

Bu barədə qurumun saytında bildirilib.

Qeyd olunub ki, müəssisələrdə sanitariya təhlili aparılıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanətləri də alındı. Sentyabrın 30-dan etibarən idxala icazə verilib.

Rosselxoznadzor qərara alıb ki, hazırda Azərbaycanın 70 müəssisəsi Rusiyaya alma tədarükünü həyata keçirə bilər.