Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə polisinin saxladığı məşhurlar narkoloji testdən keçirilərək sərbəst buraxılıblar - YENİLƏNİB

Türkiyədə narkotik vasitələrdən istifadəyə təşviq etmək ittihamı ilə dindirilmək üçün saxlanılan türk məşhurlar lazımi analizlər üçün Ədliyyə Tibb İnstitutuna gətirilib.

Dilan Polat, Engin Polat, Hadisə və İrem Derici də daxil olmaqla 19 məşhur narkoloji testlərdən keçirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, İstanbul Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında narkotik və ya stimullaşdırıcı vasitələrdən istifadə etməkdə təqsirləndirilən ictimai xadimlərə qarşı əməliyyat keçirilib.

***

İstanbul polisi bu gün səhər saatlarında əməliyyat keçirib, bir sıra məşhur müğənni, aktyor və aktrisalar saxlanılıb.

“Sabah” qəzeti xəbər verir ki, saxlanılanlar Kubilay Aka, Kaan Yıldırım, Hadise Açılgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babateş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan, Dilan Polat, Engin Polat, Simge Sağın, Mert Yazıcıoğlu kimi məşhurlardır.

İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmə” cinayəti ilə əlaqədar başladılan istintaq çərçivəsində saxlanılanlardan qan nümunələri alınması üçün göstərişlər verilib.