Rusiya Müdafiə Nazirliyinin "An-22" təyyarəsi qəzaya uğrayıb
09 Dekabr 2025
Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.
Bu barədə "REN TV" mənbəyə istinadən bildirib.
"An-22" təyyarəsi Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı ərazisində qəzaya uğrayıb. Xilasedicilər hadisə yerinə gedib. Təyyarənin qalıqları suda tapılıb. Məlumata görə, "An-22" təmirdən sonra planlı uçuş həyata keçirirmiş.
Məlumata görə, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.
Ölən və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.
İlkin məlumata görə, təyyarə Rusiya Federasiyası Müdafiə Nazirliyinə məxsusdur.