Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov: Putin və Tramp arasında telefon danışığı təşəbbüsünü Moskva irəli sürüb

"Putin və Tramp arasında dünənki telefon danışığının keçirilməsini Moskva təklif edib".

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya Trampın Yaxın Şərqə uğurlu səfərindən sonra ona telefonla zəng etməyi təklif edib.

Kreml sözçüsünün sözlərinə görə, Putinin ilk fikri, əlbəttə ki, Trampı belə bir uğura görə təbrik etmək olub.

Qeyd edək ki, dünən Putinlə Tramp arasında telefon danışığı olub. Prezidentlərin söhbəti 2 saat yarım çəkib.