Kür məcrasından çıxır - VİDEO
25 May 2026
Samux rayonunda Kür çayının səviyyəsi son bir ayda artıb.
Xüsusilə rayonun Qırmızı Saxmux kəndi və Kürqırağı ərazilərdə vəziyyət daha da təhlükəli hal almaqdadır.
Belə ki, artıq çayın ətrafındakı meşələrin bir hissəsini su basıb. Bundan əlavə, əkilən sahələr də sel təhlükəsi ilə üz-üzə qalıb.
Buna səbəb Gəncə və ətraf rayonlara aramsız yağışların yağmasıdır.
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir. (Qafqazinfo)