"HƏMAS" silahlarını təhvil vermək niyyətində deyil
12 Oktyabr 2025
Qəzzada Fələstinin radikal "HƏMAS" hərəkatı silahlarını təhvil verməyəcək.
Bu barədə "AFP" agentliyinə "HƏMAS" nümayəndəsi bildirib.
Onun sözlərinə görə, təklif olunan tərksilah məsələsi istisnadır və müzakirə mövzusu da deyil.
ABŞ Prezidenti Donlar Tramp daha əvvəl bildirib ki, "HƏMAS"a silah təhvil verilməsi məsələsi sülh planının ikinci mərhələsində nəzərdən keçiriləcək.