Yanan da sürücü, yaman da sürücü...
17 Avqust 2022
Ötən həftə Maştağa qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində avtomobilimi texniki baxışdan keçirdim. Heç nə dəyişməyib, əvvəlki "qaydalar" hökm sürür, hətta qiymətlər bir az bahalaşıb. Mərkəzə daxil olub sənədlərimi təqdim etdim, inspektor baxdı, qarşısındakı hesablayıcıya 100 manat yazıb mənə göstərdi, 90 manat verib, çıxdım. Maşını heç müayinə də eləmədilər, dedilər “SMS gələcək, get!” Bir neçə saatdan sonra mesaj gəldi ki, avtomobilim texniki baxışdan keçib".
Bu sözləri Pressklub.az-a adının çəkilməsini istəməyən sürücü bildirib. O, qeyd edir ki, əksər sürücülər onun kimi, özünü "əziyyətə" salmaq istəməyib, Baş Dövlət Yol Polisinin olduqca bahalı müayinə avadanlıqları ilə təchiz olunmuş Mərkəzinə baş çəkməyib. Bəziləri qiymətdə razılaşmadıqda onlar müayinəyə dəvət olunur və qüsurlar göstərilir, amma onların sayı elə də çox deyil.
Qeyd edək ki, bu sahədə olan problemlər, qüsurlar, korrupsiya iddiaları barədə mətbuatda dəfələrlə yazılıb. Elə Pressklub.az-da bir neçə araşdırma dərc olunub. Təəssüf ki, hələ də dəyişən bir şey yoxdur.
Dünyanın bir çox ölkələrində texniki baxış, ümumiyyətlə, yoxdur, bəzilərində isə qaydalar fərqlidir. Məsələn, qardaş Türkiyədə istehsal müddəti üç ildən çox olan avtomobillər 2 ildə bir dəfə texniki müayinədən keçirilir. Bunun üçün əvvəlcədən onlayn qaydada növbə götürülməlidir. Gürcüstanda yeni avtomobillər buraxılış tarixindən 4 il sonra baxışdan keçirilir. İstehsal müddəti 4 ildən 8 ilə qədər olan avtomobillər isə 2 ildən bir texniki müayinədən keçməlidir.
Azərbaycanda isə "Yol hərəkəti haqqında” Qanuna görə, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.
2019-cu ilin sonundan texniki baxış rüsumları 20 manatdan 30 manata qaldırılıb.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. 20 gün ərzində problem aradan qaldırılmasa, cərimə yenidən təkrar olunur.
Bu sahədə bir çox suallar açıq qalır, onlardan biri də ölkənin avtoparkının kifayət qədər köhnə olmasına rəğmən, demək olar, əksər avtomobillərin texniki baxışdan "uğurla" keçməsidir. Bundan başqa, qəza törədən zaman avtomobilin texniki vəziyyəti, ona "müsbət" rəy vermiş qurum da məsuliyyətdən kənarda qalır.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təmsilçisi bir müddət əvvəl mətbuata demişdi ki, ölkədə minik avtomobili parkının vəziyyəti artıq çox ciddi narahatçılıq doğurur: "Təxminən 900 min minik avtomobilinin yaşı (ölkə avtoparkının 77%) 10 ildən yuxarıdır. Ümumilikdə ölkə parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobil olduğunu göstərir".
Maraqlıdır, sayı gündən-günə artan sınıq-salxaq maşın bahalı müayinə mərkəzlərindən necə müsbət rəy ala bilir?
Problemin hüququ tərəflərini Pressklub.az-a şərh edən hüquqşünas Hafiz Həsənov bildirib ki, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsinə dair tələblər və qaydalar “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsi və “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilib. Onun sözlərinə görə, bu normativ hüquqi aktlara görə, texniki baxışın məqsədi nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək, nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək, nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaqdır:
"Lakin müşahidələr göstərir ki, mövcud praktika qanunun nəzərdə tutduğu bu məqsədləri daha çox korrupsiya prosesinə çevirib. İndi avtomobili olan hər kəs bu neqativ halla qarşılaşır və bu, hamıya bəlli, sübuta ehtiyacı olmayan faktdır. Özü də bu proses elə açıq şəkildə aparılır ki, sanki belə də olmalıdır və bu prosesi keçənlər də təəccüblənmirlər. Ötən dövrdə texniki baxışdan keçə bilməyən nəqliyyat vasitəsinin siyahısı da ictimaiyyətə açıqlanmadığından, bilmirsən ki, ümumiyyətlə, texniki baxışdan keçməyən nəqliyyat vasitəsi olubmu? Güman edirəm ki, çox böyük ehtimalla, belə bir siyahı da yoxdur".
Hafiz Həsənov burada çox vacib bir məqama diqqət çəkir:
"Burada texniki baxışdan keçən avtomobilin sonradan texniki nasazlıq ucbatından qəza törətdiyi halda da bütün hüquqi məsuliyyət nəqliyyat vasitəsinin sahibinin üzərindədir və qanunvericilik belə qəza halına görə həmin nəqliyyat vasitəsini texniki baxışdan keçirənin hüquqi məsuliyyətini nəzərdə tutmur. Praktikada bu cür hala görə intizam cəzası və ya vəzifə səhlənkarlığı tətbiq edilən hallar yox dərəcəsindədir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi tələbini çoxdan ləğv etmək lazımdır. Bir sıra ölkələrdə tətbiq edilməyən və ya ləğv edilən nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi tələbini bizim ölkəmizdə də ləğv etmək lazımdır. İndi ölkədə korrupsiya ilə bağlı milli fəaliyyət proqramları qəbul edilir, korrupsiya ilə mübarizə üzrə dövlət qurumları yaradılır. Bütün bunların fövqündə nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi tələbini ləğv etmək korrupsiya ilə mübarizədə ən yaxşı və səmərəli tədbirlərdən biri olardı".
Turqut