Loading Tədbirlər

Keçmiş Tədbirlər

Tədbirlər Search and Views Navigation

Tədbirin Views Navigation

Dekabr 2019

Avropada ilk televiziya proqramımız açılır

Dekabr 31, 2019 @ 14:00 - 15:30

Avropa məkanında ilk dəfədir ki, hansısa ölkənin ümummilli kanalında Azərbaycan verilişi yayımlanacaq. Proqramlar İsveçin ”Öppna Kanalen” İctimai televiziyasında həftədə iki dəfə – çərşənbə axşamları saat 18.30-da və bazar günləri saat 14.30-da nümayiş etdiriləcək. İlk yarım saatlıq proqramımız dekabrın 31-də üç dəfə təkrarlanacaq: saat 14.30, 18.30 və 22.00-da.

Ətraflı »

Yanvar 2020

Azərbaycan: Siyasi mənzərənin payız çalarları

Ç. axşamı 14 Yan 2020 @ 08:00 - 17:00

2019-cu ilin payızı Azərbaycanın siyasi həyatında son onilliyin ən canlı payızı oldu: böyük islahat elanları, ciddi kadr dəyişiklikləri, mitinq ehtirasları, müxalifət birliyinin yeni formatını yaratmaq cəhdləri... Bu proseslər və onların mümkün nəticələri barədə ölkənin tanınmış siyasətçiləri, hakim partiya və müxalifət nümayəndələri ilə söhbətlərimizi təqdim edirik.

Ətraflı »

Fevral 2020

Pressklub TV yayıma başlayır

Cümə 7 Fev 2020

Azərbaycan informasiya məkanında yeni internet televiziyası yayıma başlayır. Pressklub TV adlanan bu media qurumu fevralın 7-də Bakı vaxtı ilə saat 20:00-da Yutub kanalında efirə çıxacaq. TV ilk efir günündə parlament seçkilərindən bəhs edən “Rakurs” verilişini, “Sosial şəbəkə gündəmi”ni, həmçinin yaşadığımız Qafqaz regionunun bugünündən, Qarabağ problemi də daxil olmaqla bölgədəki münaqişələrdən söz açan “41-ci paralel” (rus dilində) proqramını təqdim edəcək.   “Bu TV ölkəmizdə, regionda və dünyada baş verən ən mühüm hadisələr barədə daha çox analitik proqramlar, təhlillər, şərhlər və çıxışlar verəcək,…

Ətraflı »

2020-ci ilin parlament seçkiləri və media. Jurnalist vəzifələri və hüquqları

Çərş. 12 Fev 2020 @ 00:00

Dəyirmi masa Bakı Mətbuat Klubunun təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının dəstəyi ilə fəaliyyət göstərən Resurs Mərkəzində keçiriləcək. Medianın seçkiləri işıqlandırması və jurnalist hüquqlarının müdafiəsi məsələləri müzakirə ediləcək.

Ətraflı »

Müzakirə: Sandıqdan kimlər çıxacaq?

Çərş. 12 Fev 2020 @ 14:00 - 15:00

Ekspertlər gələcək parlamentin tərkibi və keyfiyyət göstəriciləri barədə mülahizələrini söyləyəcəklər. Onlar “namizədlərin xəritəsi”nə əsaslanaraq proqnozlar verəcəklər.

Ətraflı »

İsveçin Acıq İctimai Televiziyasinda Xocalı faciəsi haqqında “Sonsuz dəhliz” filminin nümayişi

Çərş. 26 Fev 2020 @ 21:30

26 fevral 2020-ci il saat 21:30 da İsveçin Açıq İctimai telekanalında Litvalı rejissor Aleksandras Brokasın "Sonsuz Dəhliz" tammetrajlı sənədli filmi göstəriləcək. Filmin göstərilmə haqqını verdiyi üçün rejissora təşəkkürümüzü bildiririk.

Ətraflı »

Press Klub TV-nin növbəti proqramı

Cümə 28 Fev 2020 @ 21:00 - Şənbə 29 Fev 2020 @ 21:00

Fevralın 28-i saat 21.00-dan Press Klub TV-nin növbəti proqramı YouTube kanalı üzərindən yayımda olacaq.  Proqramda: Siyasət (“İdlib böhranı”) Siyasət (“İranda proseslər və onların bölgəyə təsiri”) Sosial şəbəkənin gündəmi Ekspres intervü (“Koronavirus Azərbaycanda”)

Ətraflı »

Mart 2020

Ölkədə devalvasiya təhlükəsi realdırmı?

Çərş. 11 Mar 2020 @ 21:00 - 23:30

Dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına və həyatımıza necə təsir göstərəcək? Ölkədə devalvasiya təhlükəsi realdırmı? Pressklub TV-nin martin 11-i saat 21-də efirə çıxacaq “Rakurs” verilişində bu barədə danışılacaq! Yutubda kanalımıza (pressklub.tv) abunə olun və bizi izləyin!!!

Ətraflı »

“Mirzə Cəlilin Azərbaycanı” filminin Tbilisidə təqdimatı

Çərş. 25 Mar 2020 @ 17:00

“Səlnamə” studiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150-illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına mədəniyyət müzeyində keçiriləcək. Onun prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.

Ətraflı »

Münaqişəsiz Qafqaz illüziya, yoxsa reallıqdır?

Cümə 27 Mar 2020 @ 19:00

Qafqaz bu gün hansı qayğılarla yaşayır? Koronovirus siyasi prosesləri və münaqişələri arxa plana necə keçirib? Münaqişəsiz Qafqaz illüziya, yoxsa reallıqdır? Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan ziyalıları bu barədə nə düşünürlər? Aytən Əliyevanın aparıcılığı ilə efirə çıxan “41-ci paralel” verilişində bu barədə danışılacaq. Pressklub TV, 17 mart saat 21.00

Ətraflı »
+ Təqviminə əlavə et